Teleqramda yüz minlərlə kanal bloklandı
Kateqoriya məlum deyil
Teleqram messencerinin administrasiyası bir gün ərzində yüz minlərlə kanal və qrupu bloklayıb.
Sfera.az xəbər verir ki, bu haqda məlumat şirkətin rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, fevralın 15-də platforma qadağan olunmuş kontentin əks olunduğu 235 mindən çox qrup və kanalı bloklayıb. Bloklanan kanal və qrupların əsasən pornoqrafik və terror məzmunlu materiallar yaydığı açıqlanıb.






