Bu siyasətçilər LGBT üzvüdür - ADLAR

Son illərdə siyasi arenada müxtəlif sosial qrupların təmsilçiliyinin artması müşahidə olunur və bu, demokratik proseslərin daha inklüziv olmasına şərait yaradır. Xüsusilə LGBT (lezbi, gey, biseksual və trans) icmasının üzvləri arasında siyasi fəaliyyət göstərən şəxslərin sayı çoxalmaqdadır.
Onlar həm öz icmalarının hüquqlarını müdafiə edir, həm də cəmiyyətin geniş qatlarında sosial ədalət və bərabərlik prinsiplərinin təşviqinə töhfə verirlər.
Sfera.az LGBT üzvü olan bəzi siyasətçiləri təqdim edir:
Yohanna Siqurdardotti
2009-cu ildə İslandiyanın baş naziri seçilən xanım siyasətçinin birinci evliliyindən 2 doğma və 1 ögey övladı var. O, ərindən ayrıldıqdan sonra öz meylini həmcinslərinə yönəldib. 2002-ci ildə Yohanna jurnalist Yonina Leosdottir ilə vətəndaş nikahı bağlayıb. Baş nazir seçildikdən sonra Yohanna Siqurdardottir İslandiya parlamentinin eynicinsli nikahları leqallaşdırmasına nail olub. Bundan iki həftə sonra, 2010-cu il iyunun 27-də, o və Yonina Leosdottir rəsmi nikah mərasimində birləşiblər. Yohanna 2013-cü il mayın 10-da isə baş nazir vəzifəsindən istefa edib.
Elio Di Rupo

2011-ci il dekabrın 6-dan etibarən Belçikanın baş naziri səlahiyyətlərini yerinə yetirir. 1991-ci ildə homoseksuallığını açıqlayan Rupo bu səbəbdən bir neçə dəfə ölüm hədəsi alıb. 2014-cü il mayın 26-da o, Belçika kralına istefa ərizəsi təqdim edib və yeni hökumət formalaşana qədər baş nazir vəzifəsində qalmağa davam edib.
Edqars Rinkeviç

Latviyanın prezidenti Edqars Rinkeviç isə, prezident seçildikdən sonra öz cinsi oriyentasiyasını bu şəkildə cəmiyyətə çatdırıb: "Qürurla bildirirəm ki, geyəm... Hər kəsə uğurlar".
Ksavye Bettel

Lüksemburqun XİN rəhbəri vəzifəsini icra edən Bettel uzun illərdir ki, partnyoru, belçikalı memar Desteney Qotye ilə vətəndaş nikahında yaşayır. Siyasətçi qısa müddət ərzində eynicinsli nikahların leqallaşdırılmasına nail olub. O, hətta bununla fəxr etdiyini də açıqlayıb.
Ketlin Vinn

2013-cü il yanvarın 26-dan etibarən Kanadanın Ontario vilayətinin baş naziri və Liberal Partiyasınin sədri seçilib. Daimi partnyoru olmasa da, Vinn uzun illərdir ki, lezbiyan meyllərini açıq şəkildə ifadə edir. O, seçki sonrası çıxışında demişdi: “Lezbiyanlar seçkilərdə qalib gələ bilər. 2003-cü ildə seçkilərə qatıldığım zaman mənə dedilər ki, Ontario lezbiyan baş nazirə hazır deyil. Lakin görünən odur ki, insanlar buna hazırdır”.
Bu gün Ketlin Vinn hələ də baş nazir vəzifəsini icra edir və Ontario vilayətində bir nömrəli siyasi mövqedədir.
Niyaz Hacıyev
Sfera.az
