Bu eynəklərdə üztanıma funksiyası olacaq - YENİLİK

Bu eynəklərdə üztanıma funksiyası olacaq - YENİLİK
Kateqoriya məlum deyil
T

“Meta Platforms” şirkəti ağıllı müasir texnologiyalar sahəsində yeni addım atmağa hazırlaşır. 


Sfera.az xəbər verir ki, “The New York Times” nəşrinin əldə etdiyi sənədlərə əsasən, şirkət ağıllı eynəklərə inteqrasiya olunacaq üz tanıma funksiyası üzərində işləyir.


Məlumatlara görə, yeni sistem istifadəçilərə süni intellekt köməkçisi vasitəsilə qarşılarındakı şəxsi tanımağa imkan verəcək.

 

“Name Tag” (ad etiketi) adlandırılan funksiya eynəyi taxan şəxsin qarşısındakı insanın kimliyini müəyyən etməsinə kömək edəcək. Bildirilir ki, texnologiya küçədəki hər kəsi skan etməyəcək, yalnız istifadəçinin “Meta”platformalarındakı kontaktlarını və ya açıq profili olan şəxsləri tanıya biləcək.

 

Buna baxmayaraq, funksiya məxfiliklə bağlı ciddi narahatlıqlar yaradıb. Hesabatda qeyd olunur ki, şirkət siyasi gündəmin gərgin olduğu dövrdə bu texnologiyanı təqdim etməyi daha münasib zaman hesab edə bilər.

 

Meta üz tanıma texnologiyası ilə bağlı əvvəllər də hüquqi problemlərlə üzləşmişdi. Şirkət istifadəçilərin biometrik məlumatlarını icazəsiz toplamaq ittihamları üzrə milyardlarla dollar cərimə ödədikdən sonra 2021-ci ildə "Facebook" platformasında üz tanıma sistemini deaktiv etmişdi.

 

Yeni funksiyanın təqdimatı isə texnoloji yeniliklə yanaşı, yenidən məxfilik müzakirələrinin güclənəcəyini göstərir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ