Ən məşhur 3 seriyalı qatillərin bürcünü öyrəndikdə bir az təəccüblənəcəksiniz

Ən məşhur 3 seriyalı qatillərin bürcünü öyrəndikdə bir az təəccüblənəcəksiniz
Kateqoriya məlum deyil
T

Tarixin tozlu rəflərində qorxulu seriyalı qatil hadisələri ilə qarşılaşmaq mümkündür. Bu hadisələr bu gün ən çox müzakirə olunan mövzulardan biridir. Bəs bu serial qatillərin astrologiya ilə də əlaqəsi ola bilərmi? Bir vaxtlar İngiltərəni terrora məruz qoyan üç bədnam serial qatil var. Onlar haqqında bəlkə də, eşidə bilərsiniz: Harold Şipman, İan Bredi və Ceremi Bamber. Qanlı qətllərin altında imzaları olsa da, əslində bu üç qatili birləşdirən bir fakt da var: Hamısı Oğlaqdır! 

 

Bəs Oğlaq doğulmaq onların taleyidirmi?

 

Sfera.az bu üç bədnam seriyalı qatillər haqqında astroloji təhlili təqdim edir. 

 

Harold Şipmandan başlayaq... İngiltərənin ən məşhur seriyalı qatillərindən biri olan Şipman 14 yanvar 1946-cı ildə anadan olub.

 

Beləliklə, başa düşdüyünüz kimi, o, Oğlaqdır. "Dr. Death" kimi tanınan keçmiş ümumi praktikantın əsasən yaşlı və qadın xəstələri hədəf aldığı və öldürdüyü məlumdur. 1977-ci ildən bəri tibblə məşğul olan Şipman o dövrün ən məşhur həkimlərindən biri idi.

 

Lakin, 2000-ci ildə 15 qətldə günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilib. 

 

O, həmçinin iynə ilə öldürdüyü xəstələrinin ölümünü "təbii ölümlər" kimi qeyd edib.

 

İan Bradi də Oğlaq bürcündəndir. O, 1966-cı ildə üç uşağı öldürdüyünə görə həbs edilib və daha sonra daha iki nəfəri öldürdüyünü etiraf edib.

 

2002-ci ildə həbsxanada ölən Bradi və sevgilisi Myra Hindli 1963-1965-ci illər arasında beş uşağı qaçırıblar.


Bradinin öldürdüyü uşaqlar Saddleworth Moorda dəfn edilib. Lakin, öldürdüyünü etiraf etdiyi 12 yaşlı Kitin cəsədinin dəqiq yeri heç vaxt açıqlanmayıb.

 

Bradi 2017-ci ildə Merseysidedəki psixiatriya şöbəsində ölüb.


Oğlaq bürcündən olan digər məşhur qatil Jeremy Bamberdir. Övladlığa götürüldüyü ailəsinin beş üzvünün hamısını qətlə yetirən Jeremy Bamber 1986-cı ildə ömürlük həbs cəzasına məhkum edilib.

 

1985-ci ildə Essex qətllərində təqsirli bilindikdən sonra qurbanlar arasında onu övladlığa götürən valideynləri, əkiz qardaşları və ögey bacısı da var idi.

 

Məhkəmədə o, bu qətlləri törətməkdə əsas səbəbinin böyük bir sərvət miras almaq olduğunu etiraf edib.

 

Hazırda 65 yaşı var və Wakefield HM Həbsxanasında cəzasını çəkir.

 

Aynil

Sfera.az

PAYLAŞ