Bu liderlər sui-qəsd cəhdinə məruz qalıblar - ADLAR

Bu liderlər sui-qəsd cəhdinə məruz qalıblar - ADLAR
Kateqoriya məlum deyil
T

Son illərdə dünyada siyasi gərginliyin artması dövlət və hökumət rəhbərlərinə qarşı sui-qəsd və sui-qəsd cəhdlərinin sayında ciddi yüksəlişə səbəb olub.

 

Müxtəlif ölkələrdə prezidentlər, baş nazirlər və aparıcı siyasi fiqurlar silahlı hücumların, partlayışların və planlaşdırılmış qətllərin hədəfinə çevrilib. Son zamanlar ərzində bir sıra yüksək vəzifəli şəxslərə qarşı real hücumlar həyata keçirilib, bəziləri isə son anda qarşısı alınan sui-qəsd planları ilə üzləşib.

 

Sfera.az son illər sui-qəsdə məruz qalmış liderləri təqdim edir:

 

Slovakiyanın Baş naziri Robert Fiko

 

 

2024-cü il mayın 15-də Slovakiyanın Baş naziri Robert Fiko Handlova şəhərində hökumət iclasından sonra vətəndaşlarla görüş zamanı açılan atəş nəticəsində ağır yaralanıb. Hücum edən şəxs hadisə yerində saxlanılıb. Fiko uzunmüddətli müalicədən sonra sağ qalıb. Hadisə Avropada son illərin ən ciddi siyasi sui-qəsd cəhdlərindən biri kimi qiymətləndirilib.

 

ABŞ Prezidenti Donald Tramp

 

 

ABŞ Prezidenti Donald Tramp 2024-cü il iyulun 13-də ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatında keçirilən açıq tədbir zamanı silahlı hücuma məruz qalıb. Açılan atəş nəticəsində Tramp qulaq nahiyəsindən yüngül xəsarət alıb. Hadisə zamanı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hücum edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Eyni zamanda həmin ildə ABŞ Prezidentinə qarşı ikinci sui-qəsd planı da baş verib.

 

Cənubi Koreyanın lideri Li Çje Myona

 

 

2024-cü il yanvarın 2-də Cənubi Koreyada müxalifət lideri Li Çje Myona Busan şəhərində ictimai tədbir zamanı bıçaqlanaraq yaralanıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hücum siyasi motivli sui-qəsd cəhdi kimi qiymətləndirilib. Li Çje Myona sonradan sağalıb və siyasi fəaliyyətini davam etdirib.

 

Somali Prezidenti Həsən Şeyx Mahmud

 

 

2025-cİ ilin martında Somali Prezidenti Həsən Şeyx Mahmudun karvanı paytaxt Moqadişuda partlayışla hədəfə alınıb. Partlayış nəticəsində mühafizəçilər və mülki şəxslər arasında ölən və yaralananlar olsa da, prezident xəsarət almayıb. Hücuma görə məsuliyyəti “Əl-Şəbab” terror qruplaşması üzərinə götürüb.

 

Kolumbiya Prezidenti Gustavo Petro

 

 

Son zamanlar sui-qəsdə məruz qalan liderlərdən biri də Kolumbiya lideri Qustavo Petrodur. Yaxın günlərdə dövlət başçısı Kordova regionuna helikopterlə səfəri zamanı ona qarşı planlaşdırılan sui-qəsd cəhdindən qurtulduğunu bəyan edib. Petro 2022-ci ildən bəri prezidentdir və həm 2022, həm də 2024-cü illərdə sui-qəsdlə üzləşdiyini açıqlayıb.

 

Suriya Prezidenti Əhməd Şaraa

 

 

2025-ci ildə Suriya Prezidenti Əhməd Şaraa, daxili işlər və xarici işlər nazirləri beş sui-qəsd cəhdinin hədəfi olublar. Son sui-qəsd cəhdinin Şaraa ölkənin ən sıx məskunlaşmış vilayəti olan Hələbin şimalı və Dəraanın cənubunda İŞİD-ə bağlı qrup tərəfindən hədəfə alınıb.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ