Şakira səhnədə yıxıldı: Pərəstişkarları şoka düşdü

Şakira səhnədə yıxıldı: Pərəstişkarları şoka düşdü
Kateqoriya məlum deyil
T

Kolumbiyalı müğənni Şakira San Salvadorda çıxış edərkən səhnədən yıxılıb. 49 yaşlı sənətçi mikrofon dayağı ilə yerə yıxıldı, lakin konserti davam etdirmək üçün özündə güc tapıb.

 


Sfera.az bildirir ki, xoşagəlməz hadisə "Si Te Vas" mahnısının ifası zamanı baş verib. Müğənninin topuğu bükülüb, tarazlığını itirib və dirsəyi üstə yerə dəyib. Mahnı bir neçə saniyə dayanıb və tamaşaçılardan narahatlıq qışqırıqları eşidilib.

 

Ağrıya baxmayaraq, Şakira tez ayağa qalxıb və çıxışını davam etdirib. Gitaraçısının dəstəyi ilə pərəstişkarlarına verdiyi sözü tutan Şakira mahnını peşəkarlıqla bitirib. 

 

Ən maraqlısı isə ulduz daha sonra “İnstaqram” hesabında yıxılma videosunu paylaşaraq, ispan dilində yumoristik:

 

 "Narahat olmayın, mən rezindən düzəldilmişəm, elastikəm"-başlığı yazıb. 

 

Şakiranın El Salvadorun paytaxtındakı çıxışı onun “Las Mujeres Ya No Lloran” dünya turnesinin bir hissəsi olub. Bu, Kolumbiyalı ulduzun San Salvadordakı ilk konsertidir.

 

Pərəstişkarları sənətçinin peşəkarlıq, yumor anlayışı və sakitliyini qorumağını yüksək qiymətləndirib, paylaşımın altında ruhlandırıcı və tərif dolu şərhlər yazıb, özü ilə zarafat edə bilən insanların natamam olduğun. Konsert çıxışın əvvəlindəki xoşagəlməz hadisəyə baxmayaraq, uğurla başa çatıb.

 

Aynil

Sfera.az

PAYLAŞ