Ahıl milyarder gənc modelyeri sevir - Davos QALMAQALI

Ahıl milyarder gənc modelyeri sevir - Davos QALMAQALI
Kateqoriya məlum deyil
T

"Google"un keçmiş baş direktoru, amerikalı milyarder Erik Şmidt yenidən dünya mediasının diqqət mərkəzinə düşüb. 

 

Sfera.az xəbər verir ki, Almaniyanın “BILD” nəşrinin yaydığı məlumata görə, 70 yaşlı texnologiya maqnatı Bavariyanın Baş naziri və Almaniyanın Xristian Sosial Birliyinin (CSU) lideri Markus Söderin 27 yaşlı qızı Qloriya-Sofi Burkandla yaxın münasibətdədir.

 

İddialara əsasən, cütlük ilk dəfə ötən ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumunda birlikdə görüntülənib. Bundan sonra onların münasibətləri ilə bağlı şayiələr sürətlə yayılmağa başlayıb. Müzakirələrin əsas səbəblərindən biri isə tərəflər arasındakı 43 yaş fərqidir. Qeyd olunur ki, Şmidt Burkandtın atası Markus Söderdən də 21 yaş böyükdür.

 

“BILD” yazır ki, son həftələrdə Şmidt və Burkandt ABŞ, Hindistan və Avropada birlikdə səfərlərdə olublar. Onların Münhen Təhlükəsizlik Konfransında da birlikdə görünəcəyi gözlənilir.

 

Bununla belə, Şmidtə yaxın mənbə münasibətlərin romantik xarakter daşımadığını və tərəflər arasında “yaxın dostluq” olduğunu bildirib. Rəsmi təsdiq olmasa da, Atlantik okeanının hər iki tərəfində media marağı artmaqda davam edir.

 

Qloriya-Sofi Burkand kimdir?

 

Qloriya-Sofi Burkand Almaniyanın ən nüfuzlu siyasətçilərindən birinin qızı olmaqla yanaşı, model, yazıçı və natiq kimi fəaliyyət göstərir. Alman mediasının məlumatına görə, o, iqtisadiyyat üzrə təhsil alıb, magistr dərəcəsinə malikdir və doktorantura səviyyəsində elmi araşdırmalar aparır. Burkand həyatını Nyu-York, Los-Anceles, Münhen və Nürnberq arasında bölüşdürərək beynəlxalq mühitdə aktiv fəaliyyət göstərir.

 

Mənbələrin bildirdiyinə görə, Şmidt və Burkand 2025-ci ilin sonlarında Harvard Universitetində tanış olublar və qısa müddət sonra birlikdə beynəlxalq tədbirlərdə iştirak etməyə başlayıblar.

 

Erik Şmidt isə 2001-2011-ci illərdə "Google"un baş direktoru, 2018-ci ilə qədər isə İcraçı Sədr vəzifəsində çalışaraq şirkətin qlobal texnologiya nəhənginə çevrilməsində əsas fiqurlardan biri olub. Hazırda o, süni intellekt, aerokosmik sənaye və xeyriyyəçilik sahələrində fəaliyyət göstərir, texnologiya və milli təhlükəsizlik mövzularında fəal mövqe tutur. Onun sərvəti on milyardlarla dollarla qiymətləndirilir.


Şmidt 1980-ci ildən Vendi Şmidtlə evlidir və bu nikah 45 ildir davam edir. Vaxtaşırı “açıq evlilik” barədə iddialar səslənsə də, boşanma ilə bağlı rəsmi açıqlama verilməyib və cütlük ictimaiyyət qarşısında birlikdə görünməkdə davam edir.

 

Qeyd edək ki, Şmidtin adı daha əvvəl də müxtəlif sosial çevrələrdə bir neçə tanınmış qadınla əlaqələndirilib. Hazırda tərəflər münasibətlərlə bağlı ictimai açıqlama verməyiblər. Media isə iddiaların arxa planını araşdırmağa davam edir.
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR