Sançez- Mask qarşıdurması böyüyür: sosial media qadağası

Sançez- Mask qarşıdurması böyüyür: sosial media qadağası
Kateqoriya məlum deyil
T

İspaniyanın Baş naziri Pedro Sançez 16 yaşdan kiçik şəxslərin sosial mediaya girişinin məhdudlaşdırılacağını və platformaların yaş yoxlama sistemləri tətbiq etməli olacağını açıqlayıb.

 

Sfera.az bildirir ki, bu qərar “X”in sahibi Elon Maskın sərt tənqidinə səbəb olub.

 

Mask Sançezi “qəddar”, “xalqına xəyanət edən” və “faşist” adlandırıb. “Telegram”ın qurucusu Pavel Durov da bu addımı təhlükəli hesab etdiyini bildirib.

 

Sançez isə hər iki şəxsə “X” üzərindən cavab verərək məşhur Don Kixot romanına istinad edib:

 

“Texnologiya oliqarxları hürürsə, deməli irəliləyirik”.

 

İspaniya lideri bu açıqlaması ilə geri addım atmayacağını açıq şəkildə nümayiş etdirib.

 

Aynil

PAYLAŞ