Dəsmallardakı zolaqların sirri açıldı

Dəsmallardakı zolaqların sirri açıldı
Kateqoriya məlum deyil
T

Vanna otağı və mətbəxlərdə istifadə etdiyimiz dəsmalların üzərindəki üfüqi zolaqlar sadəcə dizayn məqsədi daşımır.

 

Sfera.az bildirir ki, tekstil mütəxəssislərinin bildirdiyinə görə, “haşiyə” adlanan bu hissələr dəsmalın formasını qoruyan əsas struktur rolunu oynayır.

 

Sıx və düz toxunmuş bu zolaqlar yuma və qurutma zamanı dəsmalın büzülməsinin, kənarlardan açılmasının qarşısını alır və məhsulun ömrünü uzadır. Xüsusilə tez-tez yuyulan otel dəsmallarında bu hissələrin keyfiyyəti davamlılığın əsas göstəricisi sayılır.

 

Bundan əlavə, haşiyələr dəsmalların qatlanmasını asanlaşdırır, şkaflarda səliqəli və simmetrik görünüş yaradır və sürüşmənin qarşısını alır. Beləliklə, bu zolaqlar həm funksional, həm də estetik baxımdan mühüm rol oynayır.

 

Aynil

PAYLAŞ