Maksvel Epşteyn sorğusunda susdu

Ceferi Epşteynin iş birliyi etdiyi Qnisleyn Maksvel ABŞ Nümayəndələr Məclisinin Epşteyn işi üzrə apardığı istintaqda sualları cavablandırmaqdan imtina edib.
Sfera.az xəbər verir ki, Maksvell ABŞ Konstitusiyasının 5-ci maddəsinə əsaslanaraq özünü günahlandırmama hüququndan istifadə edib.
Video bağlantı vasitəsilə keçirilən iclasda Maksvel bütün suallara “Suallarınızı cavablandırmağı hörmətlə rədd edirəm” cavabını verib. Vəkili bildirib ki, bu hüququn istifadə olunması onun davam edən məhkəmə strategiyasının bir hissəsidir və Maksvel yalnız müəyyən şərtlər təmin olunarsa bəzi açıqlamalar verə bilər.
Nümayəndələr Məclisinin İzləmə Komitəsinin sədri Ceyms Komer Maksvelin susmasının istintaqı çətinləşdirdiyini bildirib. Komitə Bill və Hillari Klinton da daxil olmaqla digər şahidlərin ifadəsini almağı planlaşdırır. Bəzi deputatlar Maksvelin susmasının şəffaflığa mane olmaq və Epşteyn şəbəkəsi ilə bağlı vacib şəxslərin adlarını gizlətmək məqsədini daşıya biləcəyini bildiriblər.
Niyaz Hacıyev
Sfera.az
