Atlantik üzərində yoxa çıxan təyyarənin sirri hələ də açılmır

Atlantik üzərində yoxa çıxan təyyarənin sirri hələ də açılmır
Kateqoriya məlum deyil
T

2003-cü ildə Anqolada “Boeing 727” sərnişin təyyarəsinin Atlantik okeanı üzərində heç bir iz qoymadan yoxa çıxması aviasiya tarixinin ən müəmmalı hadisələrindən biri olaraq qalır.


25 may 2003-cü ildə Luandadakı Quatro de Fevreiro Beynəlxalq Hava Limanından havaya qalxan təyyarənin nə uçuş planı olub, nə də dispetçer icazəsi. Bir neçə ay parkda qalan təyyarə naməlum şəxslər tərəfindən yanacaqla doldurulub, batareyaları yüklənib və uçuşa hazır vəziyyətə gətirilib.


Havaya qalxdıqdan qısa müddət sonra təyyarə transponderini və xarici işıqlarını söndürərək radarlardan itib. Sonrakı illərdə aparılan genişmiqyaslı axtarışlara baxmayaraq, nə dənizdə, nə də quruda təyyarəyə aid ən xırda detal belə tapılmayıb.


Sfera.az bildirir ki, ekspert Julian Bray hadisə ilə bağlı bir neçə şübhəli məqama diqqət çəkir. Onun sözlərinə görə, kapitan Benjamin Çarlz Padilla Konqodan olan mühəndisi rəsmi qeydiyyat olmadan göyərtəyə götürüb. Təyyarənin borc içində olan sahibi, maliyyə problemləri və pilotun qəribə davranışları da şübhələri artırır.
Ekspert ehtimal edir ki, təyyarə narkotik, silah və ya yanacaq qaçaqmalçılığı üçün istifadə edilə bilərdi. Ən real versiyalar kimi qaçırılma və ya qəza göstərilsə də, Bray hesab edir ki, sübutların olmaması səbəbindən bu sirr heç vaxt tam açılmayacaq.


2014-cü ildə MH370 reysi yoxa çıxana qədər bu hadisə dünyanın ən sirli təyyarə itkisi hesab olunurdu.

 

Aynil

Sfera.az

PAYLAŞ