“Peyğəmbər Dəvəsi Əməliyyatı” nədir?

"Peyğəmbər Dəvəsi Əməliyyatı" nədir?
Kateqoriya məlum deyil
T

ABŞ İranla mümkün müharibə ərəfisndə əsas dəniz qüvvələrini Fars körfəzi ətrafında cəmləşdirib. Bir təyyarədaşıyan gəmi də məhz Fars körfəzi yaxınlığındadır. Eləcə də Fars körfəzinə yaxın olan hərbi bazalarda silah-sursat ehtiyatının artırılması müşahidə edilib.

 

Bir çox xarici analitiklərin, ehtiyatda olan yüksək rütbəli hərbçilərin fikrincə, ABŞ İrana ilk zərbəni məhz Fars körfəzindən endirəcək. Şərhlərə görə, ilk zərbə mahiyyət etibarilə 1988-ci ildə həyata keçirilən "Operation Praying Mantis" və ya başqa adı ilə "Peyğımbər Dəvəsi Əməliyyatı" şəklində olacaq. İlk bu cür əməliyyatın həyata keçirilməsində əsas məqsədin Hörmüz boğazının təhlükəsizliyini təmin etmək və İranın Fars körfəzində olan dəniz qüvvələrini sıradan çıxartmaqdır.

 

Bəs “Peyğəmbər Dəvəsi Əməliyyatı” nədir və o hansı ərazilərdə ABŞ‑nin üstünlüyünü təmin etmişdi?

 

Sfera.az əməliyyatın tarixçəsi və strateji əhəmiyyəti barədə araşdırmanı edir: 

 

 

1988-ci ilin aprelin 18-də Fars Körfəzində ABŞ və İran donanmaları arasında baş vermiş qarşıdurma tarixin ən əhəmiyyətli dəniz əməliyyatlarından biri kimi qeydə alınıb. Bu əməliyyat rəsmi olaraq “Operation Praying Mantis” adı ilə tanınır və bəzi qeyri-rəsmi mənbələrdə “Peyğəmbər Dəvəsi Əməliyyatı” şəklində xatırlanır. ABŞ hərbi tarixində bu, İkinci Dünya Müharibəsindən sonra ən böyük səthi dəniz toqquşmalarından biri hesab edilir. Əməliyyatın başlıca səbəbi İran-İraq müharibəsi dövründə Fars Körfəzində gərginliyin artması idi.

 

1988-ci ilin aprelin 14-də ABŞ gəmisinə məxsus “USS Samuel B. Roberts” adlı hərbi gəmi İran tərəfindən yerləşdirilmiş minaya dəyərək ciddi zərər almışdı. Bu hadisə ABŞ tərəfindən ciddi təhlükə kimi qiymətləndirilib və cavab tədbirlərinin planlaşdırılmasına səbəb olub. Nəticədə ABŞ donanması İranın dəniz obyektlərinə qarşı əməliyyata başlayıb. Əməliyyat çərçivəsində ABŞ qüvvələri İranın dəniz hərbi gəmilərini və iki neft platformasını hədəf alıb. Əməliyyat əsasən Fars Körfəzi və İran sahil sularında aparılıb.

 

Toqquşmalar nəticəsində İranın bir neçə hərbi gəmisi batırılıb və ya ciddi zədələnib, iki neft platforması isə dağıdılıb. ABŞ donanması isə minimal itki ilə strateji üstünlük əldə edib. Bu əməliyyat İranın körfəzdəki hərbi mövqeyini zəiflədib və ABŞ üçün regionda üstünlük təmin edib. Strateji baxımdan, “Operation Praying Mantis” ABŞ-nin Fars Körfəzində dəniz nəqliyyatına və hərbi fəaliyyətlərə nəzarətini gücləndirdi. Bir çox ekspert hesab edir ki, bu əməliyyat İranı 8 illik İran-İraq müharibəsinin sonunda atəşkəsə razılaşmaq məcburiyyətinə gətirən amillərdən biri olub.

 

Həmçinin əməliyyat ABŞ donanmasının İkinci Dünya Müharibəsindən sonra keçirdiyi ən böyük səthi dəniz toqquşmalarından biri olaraq tarixdə qalıb. Hazırkı qlobal kontekstdə İran və ABŞ arasında qarşıdurma riski yenidən gündəmə gəlməkdədir. Analitiklər bildiriblər ki, ABŞ-nin regiondakı hərbi mövcudluğu güclənir və qarşıdurma ssenariləri yenidən aktuallaşa bilər. İran tərəfi isə qeyd edir ki, istənilən ABŞ hücumu regional miqyaslı qarşıdurmaya çevrilə bilər və cavab zərbəsi yalnız İran sərhədləri ilə məhdudlaşmaya bilər.

 

Bu vəziyyət göstərir ki, keçmişdə olduğu kimi strateji üstünlüyü təmin etmək məqsədilə ABŞ tərəfindən hərbi əməliyyatların planlaşdırılması mümkün olacaq. Beləliklə, 1988-ci ilin “Operation Praying Mantis” əməliyyatı, qeyri-rəsmi adla “Peyğəmbər Dəvəsi” İranın Fars Körfəzindəki hərbi gücünü sarsıdan və ABŞ-yə strateji üstünlük qazandıran mühüm dəniz əməliyyatı kimi tarixdə yer alıb. Hazırda da ABŞ-nin regiondakı mövcudluğu və İranla qarşıdurma riski, keçmişdəki əməliyyatın verdiyi dərsləri aktual edir və hərbi ekspertlər vəziyyətin diqqətlə izlənilməsini vacib sayırlar.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ