Xəzərdə yeni ada peyda oldu

Xəzərdə yeni ada peyda oldu

Rusiyalı alimlər Xəzər dənizinin şimal hissəsində su səviyyəsinin aşağı düşməsi nəticəsində yeni bir adanın meydana gəldiyini təsdiqləyiblər. Adaya hələlik hər hansı ad qoyulmayıb, lakin bu istiqamətdə iş aparılır.

 

Sfera.az Trendə istinadən xəbər verir ki, bu haqda Rusiya mediasına Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

 

“REА-nın Okeanologiya İnstitutu, Oİ-nin Xəzər filialı və Astraxan Dövlət Qoruğunun birgə ekspedisiyası zamanı alimlərə Şimali Xəzərdə, Kiçik Mirvari adasından 30 km cənub-qərbdə yerləşən yeni bir adanın mövcudluğunu təsdiqləmək mümkün olub.

 

Əvvəlcə bu dayazlığın üzə çıxması 2024-cü ilin noyabrında Oİ-nin Xəzər filialının əməkdaşları tərəfindən kosmik görüntülərdə aşkar edilmişdi, lakin adanın varlığına dair məsələ yaxın vaxtlara qədər mübahisəli olaraq qalırdı. Aşkar edilən ada Xəzər dənizinin səviyyəsinin enməsi və Orta Mirvari dayazlığının suyun səthinə çıxması nəticəsində yaranıb”, – deyə məlumatda bildirilir.

 

Ekspedisiyanın ada sahillərinə yaxınlaşması mümkün olub, lakin ətrafının dayaz olması və hava şəraiti ilə əlaqədar sahilə enmək mümkün olmayıb. Bununla belə, ada kvadrokopter vasitəsilə çəkilmiş görüntülərdə aydın şəkildə görünür. Yaxın vaxtlarda alimlər tərəfindən yeni yaranmış adanın ilkin təsviri təqdim olunacaq və ona coğrafi adın verilməsi ilə bağlı təkliflər irəli sürüləcək.

 

Rusiyalı tədqiqatçılar Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi ilə adanın sahəsinin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırırlar.


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...