Qadınlar bunu kişilərlə müqayisədə daha ağır keçirirlər – ARAŞDIRMA
Maraqlı
13:23 / 14.10.2024
4214
Qadınlar ayrılıq mərhələsini kişilərlə müqayisədə daha ağır keçirdirlər.
Sfera.az xəbər verir ki, bu Böyük Britaniyada fəaliyyət göstərən Birmingem Universitetində aparılan araşdırma zamanı ortaya çıxıb.
Tədqiqat zamanı 6000-dən çox insandan ayrılıq ağrılarını təsvir etmələri istənilib.
Sorğuda iştirak edən qadınlar ayrıldıqları zaman yalnız emosional ağrılarının deyil, fiziki ağrılarının da kəskin artdığını qeyd ediblər.
Tədqiqatçılar bunu qadınların münasibətlərinə daha çox enerji sərf etməsi ilə əlaqələndiriblər.
Ülkər Abdurahmanlı