Dövlət başçılarının illik qazancları nə qədərdir? - ADLAR + MƏBLƏĞLƏR

Dövlət başçılarının illik qazancları nə qədərdir? - ADLAR + MƏBLƏĞLƏR

Tanınmış “Forbes” nəşri dünya üzrə ölkə və hökumət başçılarının illik qazancları haqqında məlumat dərc edib. 

 

Sfera.az xəbər verir ki , “PoliticalSalaries” adlı hesabata görə, dünyada ən çox qazanan Sinqapurun Baş naziri Lourens Vonqdur – onun illik qazancı 1 mln. 690 min dollardır. 

 

İkinci yerdə İsveçrə Prezidenti Viola Amherdir, onun illik qazancı 569,5 min dollardır. 

 

Üçüncü yerdə ildə 412,5 min dollar maaşla Avstraliyanın Baş naziri Entoni Albanizin qərarlaşıb. Ondan sonra illik gəliri 400 min dollar olan ABŞ Prezidenti Cozef Bayden yer alıb. 

 

Siyahıda 5-ci yeri ildə 316,7 min dollar maaş alan Avstriya kansleri Karl Nehammer, 6-cı yeri illik gəliri 310,5 min dollar olan Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson tutur. Sonrakı yerdə illik 310,5 min dollar maaşla Kanadanın Baş naziri Castin Trüdodur. Almaniya kansleri Olaf Şolts reytinq siyahısında səkkizinci yerdədir - illik gəliri 293,3 min dollardır. 

 

Doqquzuncu yerdə ildə 276,4 min dollar maaşla Yaponiyanın Baş naziri Siqeru İsibadır. İrlandiyanın Baş naziri Simon Harris ən yüksək illik gəliri olan ilk onluqda sonuncudur. Onun illik gəliri 267,3 min dollardır. 

 

Rusiya Prezidenti Vladimir Putin illik 113,6 min dollar maaşla (10,2 milyon rubl) reytinqdə 28-ci yeri tutur.  

 

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev 2005-ci ildən bəri maaşının artırılmasını dayandırıb. Prezident 19 ildir ki, eyni - 15 min manat (8 823 dollar) maaş alır. Prezidentin qərarı ilə maaşının minimum əməkhaqqının 600 misli qədər olması müddəası Seçki Məcəlləsindən çıxarılıb. Bu qərardan sonra minimum əməkhaqqı nə qədər artırılsa da, Prezidentin maaşı stabil qalıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...