Bu bürc sahibləri digərlərinə nisbətən çox yaşayır

Bu bürc sahibləri digərlərinə nisbətən çox yaşayır

Bürclər və uzunömürlülük arasında əlaqə tapılıb və bəzi bürclərin digərlərindən daha uzun yaşadığı müəyyən edilib.

 

Sfera.az BAKU.WS-ə istinadən astroloqlar tərəfindən aparılan araşdırmalar zamanı hansı bürcdən olan şəxslərin daha çox və ya daha az yaşadığı təxminlərə əsasən göstərilib.

 

Araşdırmaların nəticələrinə görə:

 

Ən uzunömürlü insanlar Buğa bürcündə doğulanlardır.

Ən qısa ömür isə Əqrəb bürcü altında doğulanlara məxsusdur.

Kişilər arasında uzunömürlülər:

 

Buğa - 81,5 il

Qoç - 79 il

Əkizlər - 78 il

Oğlaq - 77,5 il

Qız - 76,5 il

Şir - 74 il

Tərəzi - 73 il

Dolça və Balıqlar - 71 il

Kişilər arasında daha az yaşayanlar:

 

Xərçəng, Oxatan, Əqrəb - 70 ildən az.

Qadınlar arasında uzunömürlülər:

 

Ümumiyyətlə, qadınlar kişilərdən daha uzun yaşayır. Əgər onların bürcü də uyğun gəlirsə, yaşı 100-dən çox ola bilər. Xüsusilə Buğa, Əkizlər, Qız və Oğlaq qadınları uzunömürlüdür və 90 yaşını keçir. Digər bürc qadınlarının ömrü orta hesabla 70-80 ildir.

Əqrəb bürcü qadınları isə yalnız 63 il yaşayır.

 

Niyə bürclər ömrü müəyyən edir? Hər bir bürc orqanizmin fərqli xüsusiyyətlərinə və müəyyən xəstəliklərə meyilli olur. Öz zəif tərəflərini bilənlər sağlamlıqlarını qoruyaraq ömrü uzada bilərlər.

 

Bürclərin zəif yerləri:

 

Qoç - stress və fiziki yüklənmə

Buğa - piylənmə, cinsi sistem, qaraciyər və böyrək xəstəlikləri

Əkizlər - arıqlıq

Xərçəng - onkoloji xəstəliklər

Şir - göz problemləri

Qız - bağırsaq xəstəlikləri

Tərəzi - rütubət və soyuqluqdan qaçınmaq lazımdır

Əqrəb - stressə dayanıqsızlıq və müalicədən imtina

Oxatan - radikulit və revmatizm

Oğlaq - oynaq problemləri

Dolça - spirtli içkilərə meyillilik

Balıqlar - su ilə bağlı təhlükəli hallar

Bütün bu statistika Astrologiya Mərkəzi mütəxəssislərinin 60 min nəfərin həyatını təhlil etməsi nəticəsində əldə olunub.

 

 


OXŞAR XƏBƏRLƏR