Məhəmməd Əl-Fayed şahzadə Dianaya nalayiq təklif edib
Şahzadə Diana ilə avtomobil qəzasında həlak olan Dodi Əl-Fayedin mərhum atası misirli iş adamı Mohamed Al-Fayed bir dəfə Uels şahzadəsinə ədəbsiz təklif edib.
Sfera.az bildirir ki, bu barədə Diananın keçmiş saray məmuru Paul Burrell BBC-nin araşdırmasında deyib.
Qeyd edək ki, Paul Burrel 1987-ci ildən 1997-ci ilə kimi şahzadə üçün işləyib.
1996-cı ilin fevralında Mohamed “ilk gecənin haqqına” uyğun olaraq şahzadə Diana ilə yata biləcəyinə əmin idi. Öz növbəsində, Uels şahzadəsi bu cür niyyətdən qəzəblənib və Mohamed Əl-Fayedi “qəribə” və “qaba” adlandırıb.
Paul bildirib ki, milyonçu Dianaya onunla yatmaq istədiyini deyib və Diana onu ikrah hissi ilə qarşılayıb. Sağ olsaydı, Diana da indi mərhum maqnatı cinsi istismarda ittiham edən qadınları dəstəkləyəcəkdi.
Məhəmməd və Diana ilk dəfə 1986-cı ildə “Harrods”un sponsorluq etdiyi polo yarışında tanış olublar. Diana hələ o vaxt Şahzadə Çarlzla evli olub.
"Diana kabinetdən qaçaraq və titrəyərək mənə dedi ki, (və bu, onun dəqiq sözləridir)Fareyd ona: "Mən oğlumla evlənməyinizi istəyirəm, çünki Misir ənənəsində ata birinci olur"deyib.
“Bu şərhlə, Fareyd bu görüş üçün zəmin yaratmışdı və o, ciddi idi "-deyə saray məmuru xatırlayır.
Paul Burrell əlavə edib ki, Əl-Fayed əslində "ilk gecə hüququna" sahib olduğunu düşünüb və Uels şahzadəsi ilə yatacağına əmin olub.
"Bu, Dodi ilə münasibəti boyunca həmişə Diananın ağlında idi"-detə şahzadənin keçmiş işçisi bildirib.
Paul həmçinin Əl-Fayedin Kensinqton Sarayına gətirdiyi hədiyyələr, o cümlədən qadjetlər və kompüter oyunları ilə Dianaya necə yaxınlaşmaq istədiyindən danışıb. Diananın isə hər dəfə bu hədiyyələri geri göndərdiyi deyən Paul Mohamedin həmçinin Dianaya “Harrods” mağazasına gizli girişdən istifadə etməyə icazə verdiyini də qeyd edir.
Qeyd edək ki, Diana və prodüser Dodi 1997-ci ildə Əl-Fayed Şahzadəni oğulları Uilyam və Harrini 30 otaqlı malikanəsinə dəvət etdikdən sonra görüşməyə başlayıblar. Cütlük həmin yay Dodinin atasına məxsus lüks "Jonikal" yaxtasında öpüşərkən çəkilib.
"Hamımız bütün diqqətimizi Dodi və şahzadəyə yönəltmişdik. Amma əslində, Fayed təhlükəli idi. Onun ən çox istədiyi şey kral ailəsi ilə əlaqəli olmaq idi. Fayed həmin bayramdan əvvəl yaxta almışdı ki, Dodi Diananı təklikdə əyləndirsin. O, milyonların diqqətini cəlb etməyə çalışırdı və oğlu onun oyununda sadəcə bir piyon idi”- deyə Paul Burrell əlavə edib.
“Əl-Fayedin qadınlara nalayiq şəkildə toxunduğunu bir neçə dəfə gördüyünü etiraf edən Paul, Diananın bunu etməyə icazə vermədiyini deyib.
"Diana, həmişə üstünlüyə sahib idi. Təəssüf ki, onun üçün işləyən qadınların əksəriyyəti bunu etmirdi. Bir dəfə gördüm ki, Fayed Diananın əlini sığalladı və az qala ev heyvanı kimi onun əlindən öpməyə çalışıb, qolunu onun belinə dolamaq istədi”.
Qeyd edək ki, ötən həftə “BBC-“”nin araşdırması, “Harrods”un beş keçmiş əməkdaşının Əl-Fayedi zorlamada günahlandırdığını ortaya qoydu. Bu, ortaya çıxan qadınların sayını 23-ə çatdırdı. İştirak edənlərdən bəziləri cinsi yolla ötürülən xəstəliklər üçün sınaqdan keçirildiyi və nəticələrin birbaşa Əl-Fayedin özünə göndərildiyi invaziv tibbi testlərdən keçməyə məcbur olduqlarını iddia edir.
Misir əsilli iş adamı keçən avqust ayında Londonda 94 yaşında vəfat edib.
Xanım
Sfera.az