Güclü auraları ilə ətrafdakılara təsir edən BÜRCLƏR
Astrologiyaya görə, hər bürcün özünəməxsus enerjisi var. Bəzi bürclərin nümayəndələri isə güclü auraları ilə ətrafdakılara təsir edə bilir.
Sfera.az bu dəfə həmin bürclərlə bağlı məlumatı təqdim edir:
Şir bürcü - Astrologiyanın ən parlaq və diqqət çəkən bürclərindən biridir. Onlar ətraflarına güclü enerji yayır və girdiyi hər mühitdə dərhal fərqləri hiss edilir. Xarizmatik, özünə güvənən və liderdirlər. Onların liderlik qabiliyyətləri və parlaq təbiətləri digərlərini də cəlb edir.
Əqrəb bürcü - Sirli auraları ilə tanınırlar. Onlar dərin duyğulara malikdir və ətrafındakı enerjini intensiv şəkildə hiss edirlər. Əqrəbin aura gücü onun sirli təbiətindən və daxili gücündən qaynaqlanır. Onlar intuisiyaları ilə tanınırlar, insanların diqqətini çəksələr də, məsafə saxlayırlar.
Balıqlar bürcü - Emosional enerjiləri ilə güclü aura yayırlar. Bu bürcün nümayəndələrinin həssaslığı və mənəvi dərinlikləri onların aura gücünü artırır. Balıqların həm də sakitləşdirici enerjisi var.
Tərəzi bürcü - Zərifliyi və tarazlığı əks etdirən aura daşıyırlar. Onlar gözəllik və harmoniya axtarırlar. Sosial bacarıqları və diplomatik rəftarları sayəsində ətrafındakılarla asanlıqla ünsiyyət qururlar. Tərəzi bürcünün enerjisi həm də insanları rahatlaşdırır.
Qoç bürcü - Güclü və cəsarətli aurası ilə seçilir. Dinamik və enerjili təbiəti ilə ətrafdakılara təsir edə bilir. Qoçun enerjisi qətiyyət və liderlik qabiliyyətini özündə əks etdirir. Onlar başqalarını həvəsləndirmək qabiliyyətinə də malikdirlər.
Türkan