Adamyeyənlərin qurbanı olub: Alimlər məşhur “Erebus”un kapitanının qalıqlarını müəyyən etdilər


Adamyeyənlərin qurbanı olub: Alimlər məşhur “Erebus”un kapitanının qalıqlarını müəyyən etdilər

Tədqiqatçılar qrupu bu yaxınlarda Con Franklinin Arktikaya tarixi ekspedisiyasının əsas fiqurunun qalıqlarını uğurla müəyyən edib. Bu kəşf 19-cu əsrin ən məşhur və eyni zamanda ən faciəli ekspedisiyalarından birinin yeni təfərrüatlarını ortaya qoyur.


Sfera.az bildirir ki, Ceyms Fitzceyms Con Franklinin Arktikaya etdiyi ekspedisiyasının iştirakçısı olub. Qeyd edək ki, bu ekspedisiya 1845-ci ildə Kanada Arktikasında Şimal-Qərb keçidinin son tədqiq edilməmiş hissələrinin xəritəsini çəkmək üçün yola düşüb. Tədqiqatçılar Fitzjamesin adamyeyənlərin qurbanı olduğunu müəyyən ediblər. Onun qalıqlarında xarakterik kəsiklərin aşkar edilməsi bunu deməyə əsas verir.
 

Kapitan ser Con Franklinin rəhbərlik etdiyi missiya maqnit məlumatlarının toplanması yolu ilə regionun naviqasiya biliklərini təkmilləşdirməyi qarşısına məqsəd qoymuşdu.


Bununla belə, hər iki - “Erebus” və “Terror” gəmisi, 129 zabit və ekipaj, hazırda Kanadanın Nunavut əyalətinin bir hissəsi olan Kinq Uilyam adası yaxınlığında buzda sıxışıb qalıb, ekspedisiya fəlakətlə başa çatıb.
 

1847-ci ildə Franklinin ölümündən sonra Fitzjames “Terror”un kapitanı Francis Crozier ilə birlikdə “Erebus”un kapitanı və ekspedisiyanın həmrəhbəri olub. Bu barədə Fitzjamesin həyatının son sübutu olan "Victory Point Note" adlanan sənəddə deyilir.
 

Gəmilərin azad edilməsinə buz mane olub. Bu səbəbdəm ekipaj çətin vəziyyətdə qalıb. Arxeoloji tapıntılar göstərir ki, ekipaj üzvlərinin əksəriyyəti Kanada materikinə 400 kilometrlik ümidsiz yürüş zamanı həlak olub. Kişilərin çoxu Kral Uilyam adasında vəfat edib. Yalnız kiçik bir qrup şimal sahilinə çata bilib və burada ağır şərtlərə tab gətirməli olublar. Ümumilikdə, 1800-cü illərin ortalarından bəri ərazidə ən azı 13 ekipaj üzvünün 451 sümüyü tapılıb.


Fitzjamesin identifikasiyası isə canlı nəslə uyğun gələn skelet qalıqlarının DNT analizi ilə mümkün olmuşdur. Lakehead Universitetinin paleo-DNT laboratoriyasından Stiven Fratpietronun dediyinə görə, Y xromosom profilini yaratmağa imkan verən yüksək keyfiyyətli nümunə ilə işlənilib və bir uyğunluq əldə etmək şansına nail olublar. Fitzjamesin qalıqları 2021-ci ildə müəyyən edilmiş “Erebus” gəmi mühəndisi Con Qreqoridən sonra şəxsiyyəti məlum olan ikinci ekipaj üzvüdür.
 

Fitzjamesin qalıqlarının sonrakı təhlili adamyeyənlik əlamətlərini üzə çıxarıb. Belə ki, onun alt çənəsində kəsik izləri aşkarlanıb.


Tədqiqatçı Duqlas Stantonun qeyd edib ki, bu, onun digər dənizçilərdən əvvəl öldüyünü göstərir. Həmçinin bu sübut edir ki, ekspedisiyanın son çıxılmaz günlərində özlərini xilas etməyə çalışanların nə rütbəsi, nə də statusu priotet olmayıb.


Xanım

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Adamyeyənlərin qurbanı olub: Alimlər məşhur “Erebus”un kapitanının qalıqlarını müəyyən etdilər

Tədqiqatçılar qrupu bu yaxınlarda Con Franklinin Arktikaya tarixi ekspedisiyasının əsas fiqurunun qalıqlarını uğurla müəyyən edib. Bu kəşf 19-cu əsrin ən məşhur...

ABŞ-da müəmmalı şəkildə yoxa çıxıb: Partlayıcı peycerlər işi üzrə şübhəli qadın axtarılır

Norveç Təhlükəsizlik Polisi (PST) “Hizbullah” üzvləri üçün Livana partlayıcı peycerlərin tədarükü zəncirinin bir hissəsi ola biləcək Bolqarıstanın &...

2 aylıq uşağı pivə ilə dəyişmək istədilər

ABŞ-də cütlük iki aylıq körpəsini 6 butulka pivəyə satmağa çalışıb.   Sfera.az xəbər verir ki bu barədə "The Mirror" yazıb. Nəşrin məlumatına...

Qadını breketlərə görə təyyarəyə buraxmadılar: Ona nə olub? - FOTO

Özünü Maria Maqdalena adlandıran model qeyri-adi görünüşünə görə sərnişin təyyarəsinə minə bilməyib. O, hər yerdə qəzəbli şəkildə ədalət tələb edib. Sfera....

Dağıstanda bir günlük matəm elan edildi

28 sentyabr Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində həlak olanların xatirəsinə bir günlük matəm elan ediləcək. &nbs...

Ledi Qaqa qala gecəsinə nişanlısı ilə gəldi - FOTO

Amerikalı müğənni və aktrisa Ledi Qaqa nişanlısı Maykl Polanski ilə "Joker"in davam filminin qalasına qatılıb.   Sfera.az bildirir ki, London...