Mütəxəssislər "iPhone 16"nı yüksək qiymətləndirdilər - SƏBƏB

Mütəxəssislər "iPhone 16"nı yüksək qiymətləndirdilər - SƏBƏB

"iPhone 16" Apple tarixində ən yüksək təmir qabiliyyətinə malikdir.

 

Sfera.az xəbər verir ki, "iFixit" mütəxəssisləri yeni "Apple" smartfonlarının təmirə yararlılığını qiymətləndiriblər.

 

Qadcetlərin təmiri üçün təlimatlar tərtib edən "iFixit" tədqiqatçıları yeni nəsil "iPhone"a müsbət qiymət veriblər. Belə ki, mühəndislər "iPhone 16"nın dizaynını, "Apple"ın qadcetə xidmət göstərilməsi ilə bağlı tövsiyələrini öyrəniblər və qeyd ediblər ki, smartfonlar seriya tarixində ən yüksək texniki xidmət qabiliyyətinə malikdir və onlara qulluq etmək nisbətən asandır. Yeni cihaz davamlılıq reytinqində 10 baldan 7 bal toplayıb. Müqayisə üçün qeyd edək ki, keçənilki "iPhone 15"in reytinqi 10 ballıq sistemdə 4-ə bərabərdir.

 

Mütəxəssislər qeyd ediblər ki, yeni nəsil smartfonları həm ekranı, həm də arxa paneli çıxarmaqla sökmək olar - bu, daxili komponentlərə çıxışı asanlaşdırır. Onlar həmçinin bildiriblər ki, telefonun batareyası indi sərt korpusa malikdir və daha da möhkəmlənib. Hesabat müəllifləri vurğulayıblar ki, batareyanı saxlayan yapışdırıcı, "Apple" təlimatlarında deyildiyi kimi, smartfondan elektrik cərəyanı keçərsə, tutumunu boşaldır.

 

Sonda "iFixit" müəllifləri Amerika İT nəhəngini evdə "iPhone" təmiri üçün təlimatlar yazmasına görə tərifləyiblər: "Apple" təmir kitabçaları yaxşı yazılıb, digər istehsalçılardan gördüyümüz orta göstəricidən qat-qat yaxşıdır, bu əladır".

 

İnci 


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Bakıda 120 yaşlı məsciddə - FOTOLAR

Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid əsaslı təmirdən sonra istifadəyə verilib. 1904-cü ildə inşa olunmuş məsciddə təmir və bərpa işləri Heydər Əliyev Fondunun...

Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqandanın sədrliyi ilə "S...

Bu rayonda qaz olmayacaq

Cəlilabad rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatında fasilə olacaq.   Sfera.az xəbər verir ki, 25 sentyabr saat 10:00 radələrindən görüləcək ...

Zelenskinin ofisi: "Qələbə planı 5 bənddən ibarətdir və 90 faiz..."

Volodimir Zelenskinin hazırladığı qələbə planına beş bənd daxildir. Onların arasında Qərbdən Kiyevə “müasir silahların” verilməsi də var.   ...

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin təlimi başladı - FOTO

Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. ...

Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keç...