Zodiakın ən saf və məsum BÜRCLƏRİ

Zodiakın ən saf və məsum BÜRCLƏRİ

Astrologiya həm də insanların xarakterləri və davranışları haqqında məlumat verir.  Bəzi bürclər təbiətcə daha məsum, saf və yaxşı niyyətli hesab olunurlar. 

 

Sfera.az bu dəfə ən məsum bürclərlə bağlı məlumatı təqdim edir: 

 

Balıqlar bürcü - Ən həssas və empatik bürclərdən biridir. Xəyalpərəst təbiəti və emosional dərinliyi ilə seçilirlər. Balıqlar həmişə başqalarının hisslərinə son dərəcə həssasdırlar. İnsanlara qarşı yardımsevər və fədakardırlar, buna görə də tez-tez başqalarının problemlərini öz problemləri kimi görürlər. Onlar məsumluq və xoş niyyət simvoludur.

 

Xərçəng bürcü - Mərhəmətli təbiəti ilə tanınırlar. Ailələrini və yaxınlarını çox qoruyurlar. Sevən, sadiq və səmimi xərçənglər başqalarına zərər verməkdən çəkinirlər. Güclü empatiya bacarıqlarına malikdirlər. Bu xüsusiyyətlər onların məsumluğunu və emosional saflığını ortaya qoyur.

 

Tərəzi bürcü - Ədaləti və tarazlığı təmsil edirlər. Hər zaman sülh tərəfdarı olan tərəzilər başqaları ilə yola getməyə və dinc bir mühit yaratmağa çalışırlar. Yaxşı niyyətləri və dürüst təbiətləri sayəsində başqalarına zərər verməkdən çəkinirlər. Onlar daim sevgi və harmoniya axtarışında olurlar.

 

Buğa bürcü - Sadiq, dürüst və etibarlıdırlar. Həyatda sadəliyə üstünlük verən buğa bürcləri xaosdan uzaq durmağa çalışırlar. Bu bürcün nümayəndələrinin daxili rahatlıq axtarışları onları günahsız və yaxşı niyyətli edir. Sevdiklərinə qarşı həmişə qoruyucu və sevgi dolu davranırlar.

 

Qız bürcü - Vasvasılığı və mükəmməlliyi ilə tanınırlar. Əslində çox sadəlövh bir təbiətə malikdirlər. Qızlar həmişə başqalarına kömək etməyə çalışırlar və yaxşılıq etməkdən zövq alırlar. Onlar insanlara zərər verməkdən çəkinir və hər kəsin rifahını düşünürlər.

 

Türkan 
 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...