Sığorta pulu almaq üçün dəfələrlə öldürülməyə çalışan adam: Maykl Malloy
1930-cu illərin əvvəllərində bir neçə dost bir plan hazırlayıblar. Onlar bədbəxt bir adam Maykl Malloyu öldürərək sığorta pulu almaq istəyiblər.
Lakin Maykl dəfələrlə ölümdən qaça bilib. Bəs bu plan necə əks nəticə verib?
Sfera.az bu tragik hadisənin təfərrüatlarını təqdim edir.
1932-ci ildə Francis Pasqua, Daniel Kriesberg və Tony Marino bir araya gələrək sadə bir plan hazırlayıblar: Həmişə sərxoş olan Maykl Malloyu öldürmək.
Malloy Bronksdakı Marino barında tez-tez içki içən bir adam idi.
Onun həyatı qeyri-müəyyənliklə dolu idi. Nə ailəsi, nə də keçmişi haqqında çox məlumat yox idi. Öz ölümünü belə bilməyən bu adam onları böyük bir yanlışlığa sürükləyib.
Onların planı sadə idi: Spirtli içki içib ölsün, pulu sığortadan yığacağıq. Pasqua əvvəllər də oxşar planı uğurla həyata keçirmişdi. Bu dəfə Malloyun adına üç müxtəlif sığorta çıxarıb pulu almaq üçün Malloyu ölümünə sürükləməyə başlayıblar.
Malloya daim pulsuz içkilər verilirdi və hətta içkiləri metil spirti ilə əvəz etməklə onun ölümünü sürətləndirməyə çalışırdılar. Amma Malloy heç nə olmamış kimi içməyə davam edirdi, hətta taxta spirtini belə.
Metil spirti kifayət etmədi, cəhd etdikləri hər şey uğursuz oldu. Adamı zəhərləyə bilmədilər, ac qoydular, dondurdular, hətta maşını üstünə də sürüblər.
Ancaq Malloy hər dəfə möcüzəvi şəkildə geri dönüb.
İndi vəziyyət çıxılmaz vəziyyətə düşmüşdü. Onların planlaşdırdıqları ölüm baş tutmurdu.
Bütün bu uğursuz cəhdlərdən sonra Malloy qazla öldürülüb. Ancaq sığorta pulu xəyala çevrilib. Çünki sığorta şirkəti cəsədi görmək istəyəndə hər şey üzə çıxıb.
Qətldə iştirak edən hər kəs yaxalanıb və layiq olduqları cəzanı alıb.
Aysel
Sfera.az