Sirrlərin məskəni: Yazıçı Aqata Kristiyə ilham verən bu adanı niyə sata bilmirlər?


Sirrlərin məskəni: Yazıçı Aqata Kristiyə ilham verən bu adanı niyə sata bilmirlər?

Bir neçə Aqata Kristi əsərlərini ilhamlandıran Böyük Britaniyanın kiçik bir adası satıla bilmədiyi üçün bazardan çıxarılıb.
 

Sfera.az bildirir ki, İngiltərənin cənubi Devon sahillərində yerləşən 21 hektarlıq Burq adası 1930-cu illərdə “cinayət kraliçası” adlandırılan Aqata Kristinin qaldığı ada olub. Bura həmçinin “And then There Were None” romanı üçün səhnə olub. Ada həmçinin “Herkul Puaro” və “Günəş Altında Şəri”ə də ilham verib.
 

Uçurumun lap kənarında Aqata Kristinin sığınacağı- çimərlik evi yerləşir.
 

 

İndi isə 25 otaqlı otel, meyxana və çimərlik evi olan bu ada satışa çıxarılıb.


Cəlbedici təkliflər almasına baxmayaraq, satışlardan biri demək olar ki, başlamadan sona çatmalı olub. Adanın sahibi Giles Fuchs (Gils Fuks) potensial alıcının son anda sövdələşmədən geri çəkildiyini bildirib.
 

Adanın sahibi olaraq qalacağına görə sevincini ifadə edən Fuks bunu bir üstünlük kimi görür. Bacısı Niki ailənin London biznesindən çəkilib, indi Fuksun oteli idarə etmək üçün daha çox vaxtı olacaq. 5,4 milyon funt sterlinqlik əlavə maliyyələşdirmə sayəsində otelin yenidən qurulması da sürətləndiriləcək.
 

Yenidən maliyyələşdirmə paketi təkmilləşdirmə prosesini də sürətləndirəcək və adaya növbəti 100 il ərzində də yaşamağa və ya səyahətə gələnlərin çoxalmasına kömək edəcək.
 

Qeyd edək ki, adada zəngin və məşhurların sevimli məkanı olan məşhur “Burgh Island Hotel” də satışa çıxarılıb. II dərəcəli siyahıya alınmış bu ağ otel (Art Deco) 1929-cu ildə tikilib. Otel prezident Eyzenhauer, Uinston Çörçill, Vindzor hersoqu və hersoginyası və hətta “The Beatles” daxil olmaqla bir çox məşhur qonaqları qəbul edib.
 

Ada özünəməxsus mikro mühiti və təmiz qumlu çimərliyi ilə yaşamağa möhtəşəm tənha yer təklif edir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiya yeni hərbi müttəfiq tapdı - Saziş ratifikasiya edildi

Putin Rusiya üçün yeni hərbi müttəfiq tapıb.   Sfera.az bildirir ki, Rusiya prezidenti Cənubi Osetiya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişi ra...

Prezidentlə oğlu təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ...

Unibank biznes sahibləri üçün komissiyaları sıfırladı

Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. Kampaniya çərçivəsində sahibkarlar üçün əksər xidmətlər 0% komissiyalı, biznes və əmək haqqı kartları isə ...

Məşhur aktyor bu serialdan milyonlar qazanacaq – MƏBLƏĞ

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoyun yeni çəkiləcəyi serialdan qazanacağı məbləğ açıqlanıb.   Sfera.az xəbər verir ki, aktyor “Eşref Rüy...

Azərbaycanlı tələbə qəfil VƏFAT ETDİ - FOTO

Magistr təhsili alan və Krakov şəhərində yaşayan Xəzər Cabbarlı qəfil dünyasını dəyişib.   Sfera.az unikal-a istinadən xəbər verir ki, "Odl...

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycan şəffaflıq hesabatını hazırlayacaq. &n...