“Pepsi”nin bir ara dünyanın 6-cı ən böyük sualtı donanmasına sahib olmasına səbəb olan hadisə
Dünyanın ən böyük içki brendlərindən biri olan “Pepsi”nin bir vaxtlar döyüşə girəcək qədər güclü sualtı donanması var idi.
Sfera.az bu hadisənin tarixi haqqında yazı təqdim edir.
Hekayənin başlanğıcı 1959-cu ilə təsadüf edir.
Dövrün ABŞ Prezident Eisenhower, Sovetlərin Amerika mədəniyyətini yaxından tanıması üçün vitse-prezident Riçard Niksonu Moskvada keçirilən “Amerikanın Tanıtım Sərgisi”nə göndərir. Burada təqdim olunan məhsullardan biri də “Pepsi” idi. Sovetlərin lideri Nikita Xruşşov “Pepsi”nin dadına baxsa da, o zaman çox təsirlənməmişdi, amma sovet torpaqları ilk dəfə idi ki, “Pepsi” ilə qarşılaşırdı.
1972-ci ildə “Pepsi” şirkətinin rəhbəri olan Donald Kendall ABŞ prezidenti seçilən dostu Niksonla “Pepsi”ni Sovet İttifaqında satmağın yolları haqqında danışmağa başlayır.
Nikson əvvəlki əlaqələrindən istifadə edərək Sovet İttifaqı administrasiyasını inandırır, lakin ödənişin necə həyata keçiriləcəyi ilk mərhələdə həll edilə bilməzdi. Sovet İttifaqı o zaman qapalı bazar olduğu üçün rublu tərk edib dollara çevirmək qadağan idi. Həll o dövrdə Sovet İttifaqında dövlət nəzarəti altında bol istehsal olunan bir məhsulla tapıldı: Stolichnaya arağı. Sovetlərə “Pepsi” göndərilməsi müqabilində alınan araqlar “Pepsi” tərəfindən bazarda satılır və “Pepsi” Sovet İttifaqında satılan ilk Amerika məhsulu olur.
1989-cu ilə qədər, köhnə müqavilənin müddəti bitdiyi halda, “Pepsi”nin Sovet İttifaqındakı 20 fabrikini əhatə edən yeni müqavilənin həcmi 3 milyard dollara çatdı.
Araqla ödənilə bilməyən bu məbləğin müqabilində Sovet İttifaqı administrasiyası Soyuq Müharibə illərində bol-bol yığdığı başqa bir ödəmə vasitəsi tapır: döyüş donanması. Pulunu başqa yolla ala bilməyəcəyini anlayan “Pepsi” isə sövdələşməni qəbul edir. Şirkət birdən-birə 17 sualtı qayıq, bir kreyser, bir freqat və bir esminesdən ibarət dəniz donanmasına sahib olur. “Pepsi” öz donanmasını İsveçdəki bir təkrar emal şirkətinə sataraq pula çevirərkən, Soyuq Müharibənin sonunda ABŞ-ın Pepsi prezidenti Donald Kendall öz administrasiyasına bu sözləri deyir:
Biz sizdən də tez sovetləri tərksilah etdik”!
Aynil
Sfera.az