Alimlər “fast food”un insan beyninə təsirini ARAŞDIRDI - Nəticə DƏHŞƏTLİDİR + VİDEO
“Fast food”un zərərləri ilə bağlı daha bir araşdırma aparılıb.
Sfera.az bildirir ki, bununla bağlı alman alimləri tədqiqatlar keçiriblər. Onlar “fast food”ların insan beyninə təsirlərini araşdırıblar.
Belə ki, bu tədqiqat zamanı bir həftə ərzində siçanlara “hamburger”lər, kartof qızartmaları, hətta içki olaraq sadəcə “Cola” verirlər. Bir həftədən sonra həmin siçanları tanıdıqları labirintə buraxırlar. Lakin siçanların heç biri çıxışı tapa bilmirlər. Sonda siçanların beyinlərini analiz edirlər.
Alimlər “fast food” qəbul edən siçanların beyinlərində infeksiya əmələ gəldiyini müəyyənləşdirirlər. Hətta beyin hüceyrələrində mənfi istiqamətdə fərqlilik müşahidə edirlər. Siçanlar daha əvvəl getdikləri yolu unudurlar. Həmçinin alimlər siçanlarda alzheimer xəstəliyinin başlanğıcını aşkarlayırlar.
Tədqiqatlar göstərib ki, gənclərdə pis yemək vərdişləri koqnitiv funksiyaya mənfi təsirlər göstərə bilər. Mütəxəssislər isə xüsusilə uşaq və gənclərin sağlam və balanslı qidalanma vərdişləri qazanmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin bildirib ki, “fast food” tipli qidaların istehlakı məhdudlaşdırılmalı və bunun əvəzinə sağlam qidalara üstünlük verilməlidir.
Günay