Mask "Tesla"nın "Cortex" superkompüterinin görüntüsünü paylaşdı - VİDEO

Mask "Tesla"nın "Cortex" superkompüterinin görüntüsünü paylaşdı - VİDEO

İlon Mask yeni adı "Cortex" olan süni intellekt (Aİ) superkompüterinin videosunu “X” sosial şəbəkəsində paylaşıb. 

 

Sfera.az xəbər verir ki, Teslanın "Giga Texas" obyektində qurulan superkompüter 70.000 süni intellekt serverindən ibarət olacaq.

 

Sistemin işləməsi və soyudulması üçün 130 meqavat (MW) enerji sərf olunacaq. 2026-cı ildə bu rəqəm 500 MVt-a çatacaq. 

 

Mask iyul ayında Teslanın “Cortex” superkompüterinin Teslanın bu günə qədərki ən böyük təlim klasteri olacağını və 50.000 Nvidia H100 və 20.000 ədəd Tesla aparatını ehtiva edəcəyini söyləyib. “Cortex”in başlanğıcda yalnız Nvidia aparatında işləyəcəyi gözlənilir.

 

Teslanın superkompüteri şirkətin avtonom taksi və nəqliyyat vasitələrini, eləcə də şirkətin insanabənzər robotu Optimusun süni intellektini gücləndirən Tam Avtonom Sürücülük (FSD) sistemini öyrətmək üçün istifadə olunacaq.

 

Qeyd edək ki, Mask həmçinin Teslanın başqa bir əməliyyatı olan Dojo superkompüteri üçün Nyu-Yorkun Buffalo şəhərinə 500 milyon dollar sərmayə qoymağı planlaşdırır.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR