24 avqust - Beynəlxalq Qəribə Musiqi Günüdür
24 avqust dünyada Beynəlxalq Qəribə Musiqi Günü (International Strange Music Day) və ya Qəribə Musiqi Günü kimi qeyd olunur.
Sfera.az xəbər verir ki, bu qeyri-adi bayram klassik və populyar musiqidən tutmuş post-pank, ambient və etnik musiqiyə qədər müxtəlif janrları öz əsərlərində birləşdirən Nyu-York bəstəkarı və musiqiçi Patrik Qrantın təşəbbüsü ilə hər il qeyd olunur.
Yaradıcılıq karyerasının başlanğıcında işə qeyri-adi yanaşmasına görə Qrant studiya tapmaqda çətinlik çəkirdi, heç kim onun yeni diskini buraxmaq istəmirdi. Nəticədə, o, yeni, qeyri-adi musiqiləri yazmaq üçün öz leyblını yaradır və onu Strange Music (“Qəribə musiqi”) adlandırır. Qəribə Musiqi Günü isə ilk növbədə öz yeni albomunu irəlilətmək məqsədi ilə düşünülüb. Qrant 24 avqust tarixini ustadı hesab etdiyi və onun yaradıcılığını dəstəkləyən sevdiyi qızın atasının şərəfinə onun doğum gününü götürüb. Tezliklə musiqi icmasında Qəribə Musiqi Günü bayram kimi qəbul olunmağa başlayır, necə deyərlər, “xalq içində” populyarlaşır.
Qəribə Musiqi Gününün əsas məqsədi dinləyiciləri, onlara yad olan, adətən dinləmədikləri və ya heç vaxt nə radioda, nə də televiziyada eşitmədikləri qeyri-adi musiqi ilə tanış etmək, musiqiçiləri və bəstəkarları öz rahatlıq zonalarından çıxmağa, janr və üslublarla sınaqdan keçirməyə təşviq etməkdir.
Firuzə Əliyeva