Saturnun geriyə doğru hərəkəti bürclərə necə təsir edəcək? - Bu günün ULDUZ FALI
Astroloqlar bu günə olan ulduz falını açıqlayıblar.
Sfera.az günün qoroskopunu təqdim edir.
Qoç - Lazımsız xərclərinizə diqqət edin. Bu gün olduğunuz mühitlərə istədiyiniz kimi təsir edəcəksiniz.
Buğa - Uğurlu gündür. Xüsusilə iş məsələlərində istədiklərinizə doğru addım atacaqsınız.
Əkizlər - Bu gün ətrafınızdan gözlənilməz üstünlüklər əldə edə bilərsiniz. Səbirli olmalısınız.
Xərçəng - Eyni fikirdə olduğunuz insanların sizə qarşı çevrildiyini görəcəksiniz. Bu gün eşq həyatınızdakı uğursuzluqları qiymətləndirə və mümkünsüzlükləri görüb yeni başlayan bir əlaqəni bitirmək istəyə bilərsiniz.
Şir - Yaradıcı insanların yanında olacaqsınız. Sizi dəstəkləyən güclü insanlar var. İş həyatınızda dəyişikliklər mümkündür.
Qız – Qismən problemli gündür. Buna baxmayaraq, yaxşı əhval-ruhiyyədəsiniz. Günün sonuna doğru istəkləriniz reallaşa bilər.
Tərəzi - Bu gün nəyin bahasına olursa olsun, bildiyiniz məsələləri həyata keçirməyə çalışmalısınız. Maariflənməyiniz üçün lazım olan işinizlə bağlı mövzularda kurslar və seminarlar kimi fəaliyyətlərdə iştirak edəcəksiniz.
Əqrəb - İş həyatınız və dost qruplarınız bir-birinə qarışacaq. Peşəkar olaraq sizə kömək edə biləcək və istədiyiniz qapıları açacaq güclü dostluqlar quracaqsınız. Bu gün sevgi və işgüzar münasibətlərinizdə gücə üstünlük verəcəksiniz.
Oxatan - Əgər şəxsi işinizlə məşğul olursunuzsa, Saturnun geriyə doğru getdiyi zaman diqqətli olmalı və risk etməkdə ehtiyatlı olmalısınız. Ailə biznesiniz varsa, yeni üsullar əvəzinə köhnə şərtləri saxlamağa davam etməlisiniz.
Oğlaq - Saturn geriyə doğru hərəkət etməyə davam edir. Bütün bunlar şərtlərin dəyişəcəyini göstərir. Gözlədiyiniz layihələr ön plana çıxacaq. Çətin anlar yaşayırsınız.
Dolça - Saturn və Neptun maliyyə evinizdə geriləməyə davam edir. Bu günlər çox önəmlidir. İstehsalçı şirkətdə işləyirsinizsə, bazara yeni məhsullar təqdim etmək əvəzinə, köhnə məhsullarınızı təkmilləşdirmək və daha yaxşı təqdim etmək üçün layihələr hazırlamalısınız.
Balıqlar - Ailə daxilində məsuliyyət duyğunuz artacaq və nizamlı davranmağa üstünlük verəcəksiniz. Əhəmiyyətli insanlarla görüşəcək, bir çoxlarınız uğurlu mövqelərə çatacaqsınız. Sizdən yaşlı insanlardan mühüm dəstək alacaqsınız.
Türkan