Logo

Hansı bürcü nə gözləyir? - Günün ULDUZ FALI

Hansı bürcü nə gözləyir? - Günün ULDUZ FALI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Astroloqlar bu günə olan ulduz falını açıqlayıblar.

Sfera.az günün qoroskopunu təqdim edir.

Qoç - Qətiyyətlə və hədəflərinizə uyğun hərəkət edirsiniz. Bu yolda sizi sevgi ilə qəbul edənlərlə yanaşı, əsəbiləşənlər də olacaq. Karyeranızı ən yaxşı şəkildə təqdim etmək üçün bütün gücünüzü göstərirsiniz.

Buğa - Yeniliklər və hədəflərinizə uyğun hərəkət edəcəksiniz. Nə istədiyinizi bilirsiniz və ətrafınızdan təsirlənmədən addım atırsınız. Bu gün də elə olacaq.

Əkizlər - Rutin vərdişlərinizlə yeni vəziyyətlər arasında ziddiyyətlər yaşaya və münasibətlərinizdə çətinliklərlə üzləşə bilərsiniz.

Xərçəng - Bu gün səbirsiz olacaqsınız. Xüsusilə dostlarla əlaqələrdə ehtiyatlı olun. Əlaqələrdə müəyyən problemlər yarana bilər.

Şir - Yaşadığınız hadisələr vasitəsilə dostlarınızın dəyərini anlayırsınız. Bu aralar, ümumiyyətlə, münasibətlərdə sınanırsınız. Ona görə də fikirlərinizi ifadə edərkən diqqətli olmalısınız.

Qız - İdarəetmə qabiliyyətiniz yüksəlir. Rəhbər vəzifədəsinizsə, mühitinizi yenidən koordinasiya edəcək və lazım olan vasvasılığı işinizdə uğurla əks etdirəcəksiniz. İçinizdəki iğtişaşları aradan qaldırmaq üçün səy göstərməli ola bilərsiniz.

Tərəzi - Ambisiyalarınız həyat axınınızı istiqamətləndirəcək. Məqsədlərinizə çatmaq üçün müəyyən addımlar atacaqsınız. Artıq güvənin üstünlüklərini əlaqələrinizdə çox asanlıqla tətbiq edəcəksiniz.

Əqrəb - İstedadlarınızı üzə çıxaracaq mistik araşdırmalarla məşğul olmaq həyata yeni rakursdan baxmağınıza səbəb olacaq. Çünki özünüzü yaxşı hiss edirsiniz, hər şey qaydasında gedir. Qarşılaşacağınız insanlardan təsirlənəcəksiniz.

Oxatan - Eqonuzu güclü saxlayacaq və istəklərinizdən kənara çıxacaqsınız. Panellərdə və konfranslarda iştirak edə bilərsiniz. Natiq olaraq, özünüzü və ideyalarınızı asanlıqla təqdim edə və intellektual məsələlərdə uğur qazana bilərsiniz.

Oğlaq - Peşman olacağınız qərarlar verməməlisiniz. Bəziləriniz qəfil ayrılmağa qərar verə bilər. Bunlar diqqət etməli olduğunuz məsələlərdir. Münasibətlər üçün kritik günlərdir.

Dolça - Diplomatik rəftarınızla insanları özünüzə bağlaya bilərsiniz. Dostlarınızla birlik içində olsanız da, bəzi müzakirələrdən neqativə köklənirsiniz.

Balıqlar - Ətrafınızdakıları inandırmaqda çox uğurlu olacaqsınız. Bəzən olduğunuz mühitlərdə təzyiq göstərə və ya ətrafınızdakılardan reaksiyalar ala bilərsiniz. Yeni üslubunuzu sevməyə başlayacaqsınız.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR