Bütöv Ay Dolçada: Bürclərə nə vəd edir və nələrə diqqət edilməlidir?

Bu gündən etibarən Dolça Bütöv Ayı başlayır. Bu dövrdə bəzi bürclər üçün mühüm dəyişikliklər gözlənilir.
Sfera.az Bütöv Ayla bağlı məlumatı təqdim edir:
Əvvəlcə qeyd edək ki, Bütöv Aylar (dolunay), ümumiyyətlə, kəskin sonluqları və başlanğıcları təmsil edir. Hazırda davam edən retro prosesində gördüyümüz texnoloji böhranlar yenidən gündəmə gələ bilər. Bu müddət ərzində internet və ya elektrik kəsilməsinə qarşı diqqətli olmaq faydalıdır. Yuxu problemləri, baş ağrıları ola bilər.
Bəs Bütöv Ay bürclərə necə təsir edəcək?
Qoç bürcü - Bu dövrdə sosial həyatınızda gözlənilməz inkişaflar ola bilər. Köhnə dostluqları canlandıra və ya yeni qruplara qoşula bilərsiniz. Sosial layihələrdə iştirak edəcəksiniz. Bəzi dostluqlar qəflətən bitə bilər və ya dostluğunuzu qəfil bitirdiyiniz biri sizinlə əlaqə saxlaya bilər.
Buğa bürcü - Öz karyeraları və peşəkar həyatları ilə bağlı mühüm hadisələr yaşaya bilərlər. Dolça bürcünün Bütöv Ayı iş həyatınızda dönüş nöqtəsi olacaq. Yeni imkanlar yarana bilər və ya mövcud vəziyyətinizi yenidən qiymətləndirmək ehtiyacı hiss edə bilərsiniz. Bu dövrdə iş və şəxsi həyatın tarazlığına xüsusi diqqət yetirməlisiniz.
Əkizlər bürcü – Bütöv Ay təhsil, səyahət kimi sahələrdə təsirli olacaq. Yeni məlumatlar öyrənmək, müxtəlif mədəniyyətlərə açıq olmaq istəyiniz yaranacaq. Akademik məqsədlərinizi nəzərdən keçirə və ya uzun müddətdir, planlaşdırdığınız səyahətə çıxa bilərsiniz.
Xərçəng bürcü – Bu dövrdə maliyyə məsələlərinə və ümumi resurslara diqqət edin. Borclar, investisiyalar və ya miras kimi maliyyə məsələlərində mühüm inkişaflar ola bilər. Vəsaitlərinizi daha diqqətli idarə etmək və maliyyə gələcəyinizi təmin etmək istiqamətində dəyişikliklər olacaq. Qəfil pul axını vəziyyətinizi xeyli yüngülləşdirə bilər. Əgər borcunuz varsa, onları ödəyə bilərsiniz. Pulları maqnit kimi çəkəcəyiniz bir dövrdəsiniz, onu düzgün qiymətləndirin və qənaət etməyə diqqət edin.
Şir bürcü - Partnyorunuzla aranızdakı münasibəti nəzərdən keçirmək və əlaqələri irəli aparmaq istəyi hiss edə bilərsiniz. Siz həmçinin əməkdaşlıq və ya ortaqlıqlarla bağlı mühüm qərarlar qəbul edə bilərsiniz. Bütöv Aydan ən çox təsirlənəcək bürclər arasında olduğunuz üçün ani qərarlar verməməyə diqqət etməlisiniz.
Qız bürcü - Sağlamlıqları, gündəlik işləri və iş mühitləri ilə bağlı təsirlər hiss edə bilərlər. Bu dövrdə sağlamlığınıza daha çox diqqət etməli və həyat tərzinizi yaxşılaşdırmalısınız. Eyni zamanda, iş yerinizdə nizam və səmərəliliyə doğru yeni addımlar ata bilərsiniz.
Tərəzi bürcü - Dolça bürcünün Bütöv Ayı yaradıcılıq, romantika və uşaqlarla bağlı məsələləri ön plana çıxarır. Bədii layihələrə, hobbilərə maraq yarana və ya romantik münasibətlərdə əhəmiyyətli irəliləyişlər ola bilər.
Əqrəb bürcü - Ailə həyatına diqqət yetirəcəklər. Dolça bürcünün bütöv ayı evdə ediləcək dəyişikliklər və ya köçmə kimi məsələləri gündəmə gətirə bilər. Ağrılı və ya xaotik bir əlaqəniz varsa, aydın bir sonluqla qarşılaşa bilərsiniz. Qəfil qərarlar verməmək üçün diqqətli olmalısınız.
Oxatan bürcü - Qısa səfərlər, təlimlər və ya yaxınlarınızla münasibətlərinizdə mühüm inkişaflar ola bilər. Özünüzü ifadə etməkdə və yeni fikirlərinizi bölüşməkdə də daha cəsarətli ola bilərsiniz.
Oğlaq bürcü – Bu dövr maliyyə təhlükəsizliyinə və maddi dəyərlərə təsir edəcək. Dolça bürcünün Bütöv Ayı gəlirinizi artırmaq, büdcə planlaması və ya maliyyə resurslarınızı qiymətləndirmək istiqamətində mühüm dəyişikliklər yarada bilər. Xərclərinizə diqqət etməli, maliyyə hədəflərinizi yenidən nəzərdən keçirməlisiniz.
Dolça bürcü – Bu dövr şəxsi məqsədlərə təsir edəcək. Həyatınızdakı prioritetlərinizi yenidən qiymətləndirmək, layihələrinizi tamamlamaq və özünüzü daha aydın ifadə etmək istəyi hiss edə bilərsiniz. Fiziki görünüşünüzdə və ya həyat tərzinizdə dəyişiklik edəcəksiniz.
Balıqlar bürcü – Bütöv Ay daxili dünyanız və mənəvi inkişafınızla bağlı məsələləri ön plana çıxarır. Bu dövrdə keçmişlə üz-üzə gəlmək, meditasiya etmək və mənəvi iş görmək istəyi arta bilər.
Türkan