Logo

iPhone sahiblərinə pis xəbər: Bu mümkün olmayacaq

iPhone sahiblərinə pis xəbər: Bu mümkün olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən həftə texnologiya xəbərlərində ABŞ-ın texnologiya nəhəngi Apple-ın iOS 17.6.1 yeniləməsini yayımladığı qeyd olunmuşdu. Bu versiya iPhone-larda bir neçə əsas problemi həll edirdi.

Sfera.az bildirir ki, indi Apple-dan məsələ ilə bağlı yeni bir addım gəlib. Şirkət iOS 17.6.1-dən əvvəlki versiya olan iOS 17.6-nı imzalamağı dayandırıb. Başqa sözlə, bu, istifadəçilərin yenidən iOS 17.6-a qayıtmasının qarşısını alır. Əslində, bu təəccüblü deyil, çünki iOS 17.6.1 kodlu yeniləmə kritik əhəmiyyət kəsb edirdi.

Qərar ən çox jailbreak (Jailbreak- Apple-ın mobil cihazlarında iOS, iPadOS və TvOS əməliyyat sistemlərindəki məhdudiyyətləri aradan qaldırmaq məqsədi daşıyan giriş prosesidir) edilmiş istifadəçilərə təsir edəcək

Çünki bu istifadəçilər üçün artıq jailbreak imkanı olmayacaq. Ən azından müstəqil tərtibatçılar iOS 17.6.1 ilə uyğun gələn fərdiləşdirilmiş versiyalar yaradana qədər bu istifadəçilər köhnə versiyaya dönüş edə bilməyəcəklər.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR