Təyyarəyə minərkən bu əşyaları özünüzlə götürə bilməzsiniz - SİYAHI

Təyyarəyə minərkən bu əşyaları özünüzlə götürə bilməzsiniz - SİYAHI

Bəzi əşyalar müxtəlif təhlükəsizlik səbəblərinə görə təyyarəyə buraxılmır.  Onları yanlız yük çantasında aparmaq mümkündür.


Sfera.az təyyarəyə buraxılmayan əşyaların siyahısını təqdim edir:


Maye məhsullar


Təyyarədə maye məhsullara icazə verilməməsinin əsas səbəbi terror təşkilatlarının maye partlayıcılardan geniş istifadəsidir.Siz sadəcə 100 ml-dən çox olmayan maye məhsulunu özünüzlə götürə bilərsiniz. Maye dərmanları aparmaq üçün isə onlardan müntəzəm istifadəni sübut edən sənəd olmalıdır.


Kəsici əşyalar


Çantanı hazırlayarkən ülgüc, bıçaq, qayçı və s. kimi kəsici və deşici əşyalar kənara qoyulmalıdır. Bu əşyalar soyuq silah kimi istifadə edilə bildiyi üçün təyyarəyə buraxılmır.


Partlayıcı maddələr


Bibər qazı, ağardıcı məhsullar, sprey boyalar və s. kimi tez alışan maddələr təyyarəyə buraxılmır. Bu maddələr uçuş zamanı yüksək təzyiq nəticəsində partlayışa səbəb ola bilər.


Elektron siqaret


Son zamanlar istifadəsi artan elektron siqaretlər də bəzi aviaşirkətlər tətəfindən təyyarəyə buraxılmır. Bu səbəbdən uçduğunuz aviaşirkətin baqaj qaydalarını yoxlamaq lazımdır. 


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR