Gözəl səs naminə uşaqların xədim edildiyi qeyri-insani təcrübə - VİDEO

Gözəl səs naminə uşaqların xədim edildiyi qeyri-insani təcrübə - VİDEO

Kastrasiya qədim və qeyri-insani bir təcrübədir. Bu üsuldan uşaqların səsini qorumaq üçün onları axtalayaraq istifadə edirdilər. 

 

Sfera.az qadınların kilsə xorlarına qadağa qoyulması ilə başlayan bu iyrənc təcrübənin keçmişini və indisini təqdim edir. 

 

Kiməsə övladını axtalamaqla mükəmməl müğənniyə çevirə biləcəyini desələr nə düşünər?

 

Təbii ki, bunun axmaq bir fikir olduğunu düşünərlər. Əslində bu, 19-cu əsrə qədər İtaliyada mövcud olan bir anlayış idi! Bu təcrübənin isə maraqlı tarixi və səbəbləri var. 

 

Uşaqların yüksək tonlara çatan səslərini qoruya bilmələri üçün xədim edildiyi bu prosesin adı kastrasiyadır.

 

Kastrasiya uzun tarixə malik olsa da, ilk dəfə 16-cı əsrdə, Vatikanın qadınların kilsə xorlarında iştirakını qadağan etdiyi və yüksək tonlara çata bilən müğənnilərin tələb olunduğu zaman ortaya çıxdığı düşünülür.

 

Tezliklə Kastrati adlanan bu axtalanmış uşaqlar böyük populyarlıq qazandılar.

 

18-ci əsrə qədər İtaliyada ildə təxminən 4000 uşaq gizli şəkildə kastrasiya edilirdi ki, məşhur müğənni ailəsini zənginləşdirsin. Bu təcrübə qadağan olunduğundan ailələr ümumiyyətlə yeraltı klinikalarla razılaşırdılar.

 

Kastrasiya edilən uşaqların 20%-nin öldüyü təxmin edilir. 

 

Sağlam olmayan mühitdə həyata keçirilən bu təcrübələr nəticəsində uşaqların 20%-i dünyasını dəyişib. Bundan əlavə, kastrasiya qadağan olunduğu üçün ailələr uşaqlarının necə kastrasiya edildiyinə dair yalanlar uydurmalı olurdular.

 

Ən çox yayılan yalanlardan biri də oğullarının qabanların hücumuna məruz qalması olub.

 

Bundan əlavə, ailələr oğullarının atdan yıxılması kimi yaradıcı hekayələrlə çıxış edərək cəzadan yayınırdılar.

 

Kastrasiya nəticəsində axtalanan uşaqların mələk səsləri dəyişməz qalırdı.

 

Onların yeniyetməlik illərinin təsirinə dözməyən bədənləri məşq nəticəsində səslərini qoruyub saxlamış və kamilləşmişdir. Bu təcrübə nəticəsində bir çox sənətkar zənginləşib, bəziləri isə yoxsulluq və ağrı içində ölüb.

 

Tətbiq nəticəsində bir çox uşaq müxtəlif tibbi problemlər yaşayırdı.

 

Depressiya, sümük inkişafı problemləri və hormonal dissbalans kimi problemlər ən çox rast gəlinənlər arasında idi.

 

Sonuncu və ilk qeydə alınan Kastrati Alessandro Moreschi olub. 

 

 

Bu üsul populyarlığına və zənginliyinə görə bütün bunlara dəyərdimi? Əlbəttə ki, xeyr!

 

Aysel

Sfera.az 


OXŞAR XƏBƏRLƏR