Logo

Planetin ən uzunömürlü heyvanı odur - FOTO

Planetin ən uzunömürlü heyvanı odur - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qrenlandiya köpəkbalığı uzunömürlülüyü ilə alimlərin diqqətini cəlb edib.

Sfera.az xəbər verir ki, təxminən 270 il orta ömür sürən bu köpəkbalıqları 500 ilə qədər yaşaya bilər ki, bu da onları planetin ən uzunömürlü onurğalıları edir.

Şimali Atlantikanın buzlu sularında aşkarlanan bu nəhəng köpəkbalıqları yavaş metabolizmi və aşağı temperaturlara uyğunlaşması ilə seçilir.

Onların uzunluğu 7 metr, çəkisi isə 1 tondan çox ola bilər. Ümumiyyətlə, dərin dənizlərdə yaşayan bu köpək balıqlarına Kanada, İslandiya, Norveç, Şimali Buzlu okeanı və Qrenlandiyada tez-tez rast gəlmək mümkündür. Növün nəsli kəsilmək təhlükəsi hələ olmasa da, ovçuların hədəfindədir. Onlar yağına və ətinə görə öldürülürlər. Onun əti qurudulmadan yeyildikdə isə zəhərlidir.

Firuzə Əliyeva

Planetin ən uzunömürlü heyvanı odur - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR