İlk görüşdə onları belə cəzb edə bilərsiz – TÖVSİYƏLƏR
İlk görüşü riskə atmaq, şansa buraxmaq olmaz. Görüşəcəyiniz insanı heyrətləndirmək üçün ilk görüşə xüsusi hazırlaşmalısınız.
Sfera.az bürclərə görə ilk görüş tövsiyələrini təqdim edir:
Qoç bürcündən olan birini özünüzə aşiq etmək istəyirsinizsə, həyəcanlı görüş təşkil etməlisiniz. Hər hansısa bir idman oyununu izləmək və yaxud konsertə getmək yaxşı seçim ola bilər.
Konfortuna düşkün olan buğaları dadlı şam yeməyinə və yaxud rəsm qalereyasına dəvət edə bilərsiniz.
Əkizləri heyrətləndirmək üçün xüsusi plana ehtiyac yoxdur. Son dəqiqə edilmiş təkliflər və hərəkətli mühit onlar üçün idealdır.
Evdə zaman keçirməyi sevən xərçənglər üçün ən yaxşı təklif onları evinizə dəvət etməkdir. Onlar birlikdə şam yeməyi hazırlamağı da xoşlayacaqlar.
Lüksə önəm verən şirləri dəbdəbəli bir məkana dəvət etməlisiniz. Əks halda şansınız çox olmayacaq.
Qız bürcündən olan insanlarla görüşərkən əvvəlcədən verdiyiniz sözləri tutmalı və görüşə gecikməməlisiniz. Onlar sakit mühitləri daha çox sevirlər.
Olduqca diqqətli olan tərəziləri cəzb etmək üçün teatr ideal seçimdir.
Əqrəbləri heyrətləndirmək üçün onun əvvəllər getmədiyi məkanları seçməlisiniz.
Oxatanları əyləncəli partilərə və atraksion dolu bir oyuna dəvət etmək olar.
Oğlaqlarla ilk görüşdə gediləcək yer mütləq müzakirə edilməlidir. Əks təqdirdə xoşlarına gəlməyəcək.
Dolçalar ilk görüşdə rahat söhbət edəcəkləri yerləri xoşlayırlar.
Balıqlar isə gəzə biləcəkləri bir yerə getmək istəyərlər.
Asya