İlk və ya son uşaq olmağın xarekterə hansı təsirləri var? – MARAQLI ARAŞDIRMA
Doğum sırası nəzəriyyəsi uzun müddətdir araşdırılan mövzulardan biridir.
Sfera.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, ilk, ortancıl və kiçik uşaq olaraq həyata gəlmək insan həyatına təsir göstərir.
İlk doğulan uşaq valideynlərinə ata və ana olmağı öyrədir. İlk uşaqla rəftar zamanı valideynlər daha diqqətli olur və fərqli tərbiyə metodlarından istifadə edirlər. Bəzi valideynlər bu səbəbdən ilk uşağın mükəmməlliyə can atdığını bildirirlər. Onlar valideynlərini məmnun etməyə çalışır və etibarlı, vicdanlı olurlar. Həmçinin valideynlər ilk uşaqlarının suallarına daha geniş və əhatəli cavab verdiyi üçün onlar digər uşaqlarından daha savadlı olurlar.
İkinci övlad dünyaya gəldikdə valideynlər zamanlarını və diqqətlərini ikiyə bölməli olurlar. Ortancıl uşaqlar özlərini daha çox kənara atılmış kimi hiss edirlər. Adətən ortancıl uşaqların dostları və tanışları daha çox olur.
Evin kiçik uşaqları daha çox azad ruhda böyüyürlər. Buna səbəb valideynlərin daha təcrübəli olması və onların daha yumşaq tərbiyə metodunu seçmələridir.
Sonuncu uşaqlar adətən daha əyləncəli və aktiv olurlar. Ailənin tək övladı olmağının həm mübət, həm də mənfi cəhətləri var. Valideynlərin bütün diqqəti onların üzərində olduğu üçün onların da gözləntiləri də böyük olur. Bəzən evin tək uşaqları isə ərköyün olurlar.
Ülkər Abdurahmanlı