Bu canlı 500 il yaşayırmış - Alimlərdən MARAQLI KƏŞF

Bu canlı 500 il yaşayırmış - Alimlərdən MARAQLI KƏŞF

Alimlər Qrenlandiya köpəkbalıqlarının 500 ildən çox yaşadığını kəşf ediblər.

 

 Sfera.az xəbər verir ki, tədqiqat Praqada Eksperimental Biologiya Cəmiyyətinin (SEB)  illik konfransında təqdim olunub.

 

Əvvəllər hesab edilirdi ki, bu ömür uzunluğu köpəkbalıqlarının soyuq yaşayış mühiti və aşağı aktivliyi ilə bağlıdır. Ancaq bu heyvanların uzunömürlülüyünün altında yatan amillərin daha mürəkkəb olduğu ortaya çıxıb.

 

Komanda bu yırtıcı balıqlardakı metabolik proseslərə diqqət yetirib. Tədqiqatçılar Qrenlandiya köpək balıqlarından qorunmuş əzələ toxuması nümunələri üzərində ferment analizləri aparıblar. Fərdlərin müxtəlif yaşlarında və ətraf mühitin temperaturunda spektrofotometrdən istifadə edərək fermentlərin metabolik aktivliyini ölçüblər.

 

Məlum olub ki, Qrenlandiya köpək balıqlarında əzələlərdə metabolik aktivlik zamanla faktiki olaraq dəyişməz qalır ki, bu da onların uzunömürlülüyündə əsas rol oynaya bilər.

 

Bu tədqiqatın nəticələri də göstərib ki, Qrenlandiya köpək balığının metabolik fermentləri yüksək temperaturda əhəmiyyətli dərəcədə aktivdir.

 

“Bu, köpəkbalığının qırmızı əzələ mübadiləsinin xüsusi olaraq qütb mühitinə uyğunlaşmadığını göstərir. Əks halda, biz temperaturla bağlı aktivlikdə daha kiçik fərq görəcəyimizi gözləyərdik”, – tədqiqatın aparıcı müəllifi, Mançester Universitetinin aspirantı Evan Kamplisson bildirib.

 

Mütəxəssislər, sürətlə dəyişən iqlimə malik bir dünyada daha az uyğunlaşa bilən uzunömürlü növlərin nəsli kəsilmək təhlükəsi ilə üzləşə biləcəyini qeyd edirlər.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Şuşada Qarabağ Bəyannaməsi İMZALANDI

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub.   Sfera.az xəbər verir ...

"Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir" - Prezident

Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prez...

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi - YENİLƏNDİ

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclas...

Prezident TDT dövlət və hökumət başçılarını bir daha COP29-a dəvət etdi

Bildiyiniz kimi, bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29-a dəvət edirəm.   ...

Bayden Zelenski ilə görüşəcək - Tarix AÇIQLANDI

Bayden Zelenski ilə görüşəcək.   Sfera.az bildirir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsi xüsusi onlayn brifinqdə məlumat verib.  ...

Laçında hava limanı bu tarixdə istismara veriləcək

Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətl...