Dişil və eril enerjini necə yüksəltmək olar? - ARAŞDIRMA

Dişil və eril enerjini necə yüksəltmək olar? - ARAŞDIRMA

Hər insanda dişil və eril enerji olur. Bu iki enerjini balanslı saxlamaq olduqca vacibdir. Bəzən o qədər məşğul oluruq ki, özümüzə yeterincə zaman ayıra bilmirik.


Sfera.az xəbər verir ki, dişil enerji intuisiya və duyğuların əksidir. Dişil enerjidə bağışlama və tolerantlıq üstünlük təşkil edir. 


Dişil enerji eril enerjidən daha passivdir. Sağ beyinə böyük təsir göstərən dişil enerji insanların yaradıcı tərəfini təmsil edir və sənət, estetika və ehtirasların mənbəyidir.  Bu enerji insanın ən müdrik və ən dərin tərəfini izləyir və müşahidə edir.


Bir şeylə mübarizə aparmaq, sərt xarakterə malik olmaq qadınlarda eril enerjisini gücləndirsə də, zamanla dişil enerjini zəiflədir. Bundan əlavə, cinsi impulsları rədd etmək də dişil enerjini zəiflədən faktorlardan biridir.


Eril enerji isə çox vaxt ənənəvi olaraq kişilərlə əlaqəli bəzi xüsusiyyətlərdir. Eril enerji çox vaxt rəqabət ruhuna malikdir. Bu enerji fərdin müstəqilliyini və öz ayaqları üstündə dayanmaq istəyini ifadə edir.Müstəqillik və muxtariyyət bu xüsusiyyətlərin bir hissəsi ola bilər.Eril enerji qətiyyət və möhkəmlik ilə əlaqələndirilir.Daimi məşq fiziki gücü artıra və eril enerji səviyyəsini qaldıra bilər.Bundan əlavə, məşq emosional tarazlığı qorumağa da kömək edir.Kiçik gündəlik qərarlardan başlayaraq, qərar vermə bacarıqlarını tətbiq edərək eril enerjinizi yüksəldə bilərsiniz.Kitab oxumaq, seminarlarda iştirak etmək və ya yeni bacarıqlar əldə etmək eril enerjini artıran üsullardan biridir.


Dişil enerjini yüksəltmək üçün isə təbiətdə, meşələrdə və parklarda çox vaxt keçirmək lazımdır. Yenidən canlanmağa ehtiyac duyduğuz anlarda bu məkanlara baş çəkməliyik. Yaradıcılıqla məşğul olmaq da dişil enerjini yüksəldir. Rəsm çəkmək və yaxud hər hansısa bir hekayə yazmağı buna misal göstərmək olar.


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...