Ən gözəl BÜRCLƏR - Onlar digərlərindən FƏRQLƏNİRLƏR
Astrologiyada bəzi bürclər xarici görünüşü ilə diqqət cəlb edir. Onlar saçları, qaşları, gözləri və duruşu ilə digərlərindən fərqlənirlər.
Sfera.az bu dəfə ən gözəl bürclərlə bağlı məlumatı təqdim edir.
Tərəzi bürcü - Harmoniya və tarazlığı təmsil edir. Tərəzilər adətən fiziki xüsusiyyətləri ilə bütün diqqətləri çəkirlər. Bu bürcün nümayəndələrinin fiziki ölçüləri çox ahəngdardır. Üzü ilə bədəni arasındakı harmoniya dərhal nəzərə çarpır. Gözəlliyin təcəssümü olan tərəzilər həmişə baxımlı və xoş görünürlər.
Şir bürcü – Lider ruhludurlar. Onlar hər şeydə qabaqcıldırlar. Şir bürcü insanlarının fitri nəcib duruşu var və hər kəsi dərhal özünə heyran edə bilirlər. Onların özünəməxsus üslubu diqqəti cəlb edir.
Balıqlar bürcü - Duyğusal və həssasdırlar. Gözəlliyi ilə diqqət çəkən bürclər arasında yer alırlar. Təbii görünüşləri ilə həmişə diqqət çəkirlər. Balıqlar özlərinə və şəxsi qayğılarına çox diqqət yetirirlər. Onları həmişə baxımlı və sadə görə bilərsiniz.
Qoç bürcü - Həmişə iddialıdırlar. Görünüşlərinə böyük əhəmiyyət verirlər. Adətən çox gözəl geyinirlər. Qoçlar şən, enerjili və ekstravert insanlardır. Özlərinin cazibədarlığının fərqindədirlər.
Əqrəb bürcü - Ən güclü auraya malik bürclərdəndir. Onlar zadəganlığı ilə də diqqət çəkirlər. Əqrəblərin qarşısıalınmaz enerjili təbiəti və həmişə sirli duruşları onların cazibədar görünməsinə kömək edir.
Türkan