Dəniz suyunun və qumunun İNANILMAZ FAYDALARI - ARAŞDIRMA

Dəniz suyunun və qumunun İNANILMAZ FAYDALARI - ARAŞDIRMA

Biz həmişə tətili əylənmək, dincəlmək, stresdən azad olmaq və gündəlik işlərdən qaçış vaxtı hesab edirik. Bununla belə, tətil həm də sağlamlıq və gözəllik üçün unikal imkandır. İsti yay günlərinin əvəzedilməzi olan dəniz və qumun sağlamlığa müsbət təsiri var.


Sfera.az xəbər verir ki, dəniz suyunun tərkibində olan maqnezium, yod, natrium, kalsium və kalium kimi minerallar bədən üçün sağlamlıq iksiri rolunu oynayır.
Dəniz suyu dərini canlandırır, nəmləndirir və həmçinin qan dövranını sürətləndirir.


Daimi dəniz və günəş vannası dəridə hüceyrə mübadiləsini sürətləndirir, sızanaq və yaraları tez sağaldır. Dəniz suyu dəriyə güclü təsir göstərir və ona məxmər kimi yumşaqlıq və parlaq görünüş verir.


Mütəxəssislərin fikrincə, müntəzəm dəniz hamamının faydalarından biri də bir çox xəstəliklərin qarşısını alması və müalicə etməsidir.


Əzələ sistemini gücləndirir və əzələ xəstəliklərindən qoruyur. Yuxu keyfiyyətini yaxşılaşdırmaqla tam fiziki və əqli istirahəti təmin edir, qan dövranı pozğunluqlarını müalicə edir, dərini infeksiyalardan qoruyur.


Dənizdə üzmək insanı ruhi cəhətdən də rahatlaşdırır. Əzələləri rahatlaşdıraraq bədəndə yığılan stressi və əsəb gərginliyini aradan qaldırır.


Dəniz qumunun faydaları nələrdir?


Dəniz qumu dəridən ölü hüceyrələri təmizləyən təbii soyma effekti yaradır. 


Qum üzərində gəzmək qan dövranını sürətləndirir, ayaqları və ombaları incələşdirir və formalaşdırır. İsti qumda günəş vannası qəbul etməyin artrit və revmatizm xəstəliklərinin dərmanı olduğu da deyilir.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR