Kişilərin qadınlarda bəyənmədiyi GEYİMLƏR - Xanımların DİQQƏTİNƏ!

Kişilərin qadınlarda bəyənmədiyi GEYİMLƏR - Xanımların DİQQƏTİNƏ!

Bir çox qadınlar geyim tərzi ilə kişilərin diqqətini çəkməyə çalışırlar. Bəzi xanımlar isə açıq geyimlərin kişiləri daha cəzb etdiyini düşünür. Kişilər də qadınlar qədər geyimə önəm verirlər.

 

Bəs əks cinsin nümayəndələri qadınların hansı geyim tərzini bəyənir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan geyim stilisti Fərid Rəhimli bildirib ki, kişilər qadınların əksəriyyətinin düşündüyü kimi çox hündürdaban ayaqqabıları və açıq geyimləri xoşlamırlar.

 

“Onlar minimalizmin öz sözünü dediyi geyimləri daha çox bəyənirlər. Kişilər qısa don geyinən xanımları görən zaman gözlərini çəkə bilməsə də uzun donları daha çox bəyənirlər. Bu tip donları uzunboylu qadınlara daha çox yaraşdırırlar. Donları seçən zaman onun çox qabarıq olmamasına fikir vermək lazımdır. Onlar zebra və leopar kimi dəsənli paltarı sevmirlər. Qadınlar isə düşünür ki, bu dəsənli geyimlər kişilərə cəzbedici gəlir. Lakin kişilər gül təsvirli geyimlərə böyük rəğbət bəsləyirlər. Onlar qadınların gül təsvirli paltarlarda daha zərif göründüyünü düşünürlər”.

 

Fərid Rəhimli qeyd edib ki, müəyyən geyimlərdə düzgün seçilmiş hündür ayaqqabılar kişiləri cəzb edir.

 

"Lakin hər gün hündürdaban ayaqqabı geyinən qadınları bəyənmirlər. Onlar belə hesab edirlər ki, hər gün hündürdaban ayaqqabı geyinən qadınların tələbləri və istəkləri daha çoxdur. Buna görə də belə qadınlardan uzaq durmağa çalışırlar. Onlar gündəlik stildə düz ayaqqabı geyinən qadınları daha çox xoşlayırlar. Həmçinin kişilər eyni anda bir neçə aksessuarın istifadə edilməsindən narahat olurlar. Onlar daha çox zərif və incə aksessuarları bəyənirlər. Kürək dekoltesine taxılan boyunağılar kişilərə daha cazibədar gəlir. Bol kəsimli geyimləri xoşlamayan kişilər, sadə, rəsmi geyimləri qadınlarda daha çox bəyənirlər. Onu da qeyd edim ki, kişilər bəyəndikləri xanımın əynində qısa ətəklər deyil, qələm ətəklər görmək istəyirlər. Onlar özünəməxsus və sərhədləri aşmayan geyim tərzlərini çox bəyənirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR