Alimlər Yer kürəsində yağmış ilk yağışların izlərini AŞKARLADILAR
Avstraliya və Çindən olan beynəlxalq geoloqlar qrupu ilkin mineralların içərisində təxminən 4,4 milyard il əvvəl Yer kürəsində yağmış ilk yağışların izlərini aşkar ediblər.
Sfera.az xəbər verir ki, bu barədə tədqiqat :Nature Geoscience" (NatGeo) elmi jurnalında dərc olunub.
Mütəxəssislər şirin suyun planetimizdə nə vaxt peyda olduğunu müəyyən etmək üçün qədim sirkon kristallarının oksigen izotoplarından istifadə ediblər.
"Kiçik sirkon kristallarının yaşını və oksigen izotoplarını öyrənərək, biz dörd milyard ildən çox əvvələ aid qeyri-adi yüngül izotopik imzaları kəşf etdik", - Avstraliyanın Curtin Universitetindən tədqiqatın aparıcı müəllifi Hamed Qamaleldien deyib.
Qamaleldienin komandası sirkon dənələrini təhlil etmək və mineralların əmələ gəldiyi maqmada hansı oksigen izotoplarının mövcud olduğunu müəyyən etmək üçün ikinci dərəcəli ion kütlə spektrometriyasından istifadə edib.
Nəticələr göstərib ki, müşahidə olunan geoloji tərkib yalnız o zaman yarana bilərdi ki, tədqiq edilən süxurlar mantiya altında əmələ gəlsin və sonra təzə yağış sularına məruz qalsın. Beləliklə, sirkon kristallarında kilidlənmiş maddələr planetimizin tarixində ilk yağışların sübutu ola bilər. Kəşf yağışların Yer kürəsində əvvəlki hesablamalardan 500 milyon il əvvəl başladığını göstərir.
İnci