Toylar sadələşdirilir - Cütlüklər bu seçimlərə üstünlük verirlər
Toy mövsümü yaxınlaşdıqca cütlüklər müxtəlif ideyalar axtarışında olurlar. Son zamanlar gənclər arasında yaxın ailə dostları ilə yığcam toy məclisi təşkil etmək dəb halını alıb.
Bu il izdihamlı toy mərasimlərindən fərqli olaraq, kiçik yığıncaqlar daha trenddədir.
Sakit atmosferi və daha az stressi olan bu mərasimlər diqqəti daha çox cəlb edir. Xüsusilə 1960-1970-ci illərdən ilhamlanan retro toylar da sürətlə artır. Bu cür toylarda məkan seçimindən tutmuş bəzədilməsinə qədər retro atmosferə üstünlük verilir. Gəlinlər isə ailə yadigarları sayılan üzük, boyunbağı və sırğalardan istifadə edirlər.
Məkan seçimində də cütlüklər açıq məkanlara daha çox üstünlük verirlər. Seçimlər arasında dənizkənarı məkanlar xüsusilə fərqlənir. Açıq havada keçirilən toylarda təbii çiçəklərə və zərif süfrələrə üstünlük verilir.
Qeyd edək ki, gəlinlər artıq sadə və təbii görünməyə üstünlük verirlər. Həmçinin təbii dalğalı saçlar trenddədir. Gəlinlik seçimində sadəlik, makiyaj seçimində isə təbiilik əsas prioritet heab olunur.
Ülkər Abdurahmanlı