Ən şanssız bürclər: Onlar hər an məyus ola bilərlər
Bəzi insanlar bütün sahələrdə uğurlu olsalar da, bəzilərinin şansı həmişə gətirmir.
Sfera.az bu dəfə doğulandan bəri şanssız, bəxtsiz olan bürclərlə bağlı məlumatı təqdim edir.
Balıqlar bürcü – Onlar daim həyatlarındakı hər mənfilikdən şikayətlənirlər. Təxəyyülləri güclüdür, ağılları istənilən dərəcədə saxta ssenarilər qura bilir. Gizli stress keçirmələri də çox vaxt bundan qaynaqlanır. Bu baxımdan adətən şanssızlıqlarla üzləşirlər.
Xərçəng bürcü – Həssasdırlar. Hər cür neqativ hallardan çox şikayətlənirlər. Elə davranırlar ki, sanki dünyaları tamamilə dağılıb. Bu, çox vaxt onların depressiyaya düşməsinə səbəb olur. Fürsətləri dəyərləndirməyə müvəffəq olmurlar.
Dolça bürcü - Davamlı olaraq düşünür və vaxtlarının çoxunu xırda şeylər üçün narahat olmaqla keçirirlər. Onlar lazımsız stressə düşürlər və bəzən anı yaşamağı unudurlar. Bu isə onların mütəmadi olaraq uğursuzluğa düçar olmalarına səbəb olur.
Qoç bürcü - Stressin ustalarıdır. Onlar çox vaxt o qədər də vacib olmayan xırda şeylərdən narahat olurlar. Qoçlar da çox qərarsız olduğu üçün bu vəziyyət mümkün şanslarına mane olur.
Şir bürcü - Bu bürcün yüksək standartları var və onlar nəsə yanlış olanda, qaydasında getməyəndə stress keçirirlər. Həm də şirlər beyinlərdə çox hallarda qorxulu ssenarilər yaradırlar. Bu isə onlara uğura çatmağa mane ola bilir.
Türkan