Logo

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qətl hadisələrinin heç də hər zaman sirri açılmır. Bu günə qədər amansızlıq və soyuqqanlıqla törədilmiş bəzi cinayət hadisələri var ki, hüquq-mühafizə orqanları hələ də bu qətllər üzərində işləyirlər.

Sfera.az belə müəmmalı qətl hadisələrindən bəzilərini təqdim edir.

Leonarda Cianciulli, İtaliya

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

1939-1940-cı illər arasında Cianciulli üç qadın qonşusunu öldürərək, hissələrə bölüb. O, qurbanlarının qalıqlarından şorba və xörəklər hazırlayıb, digər qonşulara paylayıb. 1970-ci ildə həbsxanada öldü.

Sada Abe, Yaponiya

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

1936-cı ilin mayında Səda Abe sevgilisini boğaraq, cinsi orqanını kəsib və həbs edilənə qədər üç gün çantasında gəzdirib. Abe, “onu yaşadığı müddətcə başqa qadınlar tərəfindən də sevilə biləcəyini düşündüyü üçün öldürdüyünü” bildirib. O əlavə edib ki, başqa qadının sevgilisinə toxunmasına dözə bilmir.

Katherine Nayt (Knight), Avstraliya

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

Katherine Knight şərti azad edilmədən edam cəzasına məhkum edilən ilk avstraliyalı qadın olub. 2000-ci ildə o, həyat yoldaşını bıçaqlayıb, dərisini soyub, yemək bişirib və uşaqlarına yemək vermək üçün qalıqlarını boşqablara qoyub. Boşqablardakı kartlara hansı parça olduğunu belə yazıb.

Krouford ailəsi qətliamı, Avstraliya

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

Elmer Kroufordun 1970-ci ildə uçurumdan uçmazdan əvvəl bütün ailəsini öldürdüyü güman edilir. Daha sonra o yoxa çıxıb. Üç övladı və hamilə arvadını elektrik stulda öldürdüyü, daha sonra maşının arxa oturacağına qoyaraq, uçurumdan atdığı güman edilir. Elmer özü hələ də tapılmayıb. Bəzi mənbələrə görə pasport və kimliyini dəyişərək, başqa ölkədə həyatına davam edir.

Dagmar Overbye, Danimarka

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

1913-cü ildən 1920-ci ilə qədər Overby 25-dən çox körpəni yandıraraq, suda  və ya başqa cür boğaraq öldürüb. Onun qurbanlarından biri öz övladı olub. O, 42 yaşında həbsxanada dünyasını dəyişib.

Mark Dutroux və Mişel Martin, Belçika

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

1995-1996-cı illər arasında bu cütlük altı qızı qarşı cinsi istismar və işgəncə verib. Onların dördünü öldürüblər. Dutroux hazırda ölüm cəzasını gözləyir, Martin isə 13 il həbsdən sonra azadlığa çıxıb.

Varq Vikernes, Norveç

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

Vikernes 90-cı illərdə Norveçin metal musiqi mədəniyyətinin böyük bir hissəsidir. Satanizmlə əlaqəsi olan Vikernes 1992-ci ildə kilsələri yandırmağa başlayıb. Bir il sonra o, köhnə dostunu 23 bıçaq zərbəsi ilə öldürüb. O, 15 illik həbsdən sonra 2009-cu ildə azadlığa çıxıb.

Carmen, Maria de Jesús, Luisa və Delfina González, Meksika

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

“Las Poquianchis” kimi də tanınan bu dörd bacı 1950-1960-cı illər arasında ən azı 91 qadını öldürüb. Qurbanlarını qul kimi saxlayıb fahişəliyə məcbur edirdilər. Onlar qul kimi saxladıqları qadınları hamilə qaldıqları təqdirdə körpələri ilə bir öldürürdülər.

Kevin Hjalmarssonun ölümü, İsveç

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

1998-ci ildə dörd yaşlı Hjalmarssonun qatili hələ də məlum deyil. Həmişə oynamaq istəyən məhəllə uşağı kimi tanınan bu dörd yaşlı uşaq meşənin dərinliklərində boğazında çubuq ilişmiş vəziyyətdə tapılıb. Əvvəl, məhəllədən iki uşaq ittiham olunsa da, 2017-ci ildə uşaqların heç bir cinayət törətmədiyi üzə çıxıb.

Luis Alfredo Garavito, Kolumbiya

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

Garavito 1990-cı illərdə 189 oğlan uşağı qətlə yetirməkdə ittiham olunurdu. Onun müxtəlif qiyafələr geyinərək uşaqları cəlb etdiyi deyilir. Uşaqlara pul verməyi təklif etdiyi də iddia edilir. O, 835 il müddətinə azadlıqdan məhrum edilib.

Kelly Anne Batesin ölümü, İngiltərə

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

17 yaşlı Bates 49 yaşlı kişi ilə yaşayırdı. Həmin şəxs 1996-cı ildə Batesə dörd həftə işgəncə verib, sonra onu vanna otağında boğaraq öldürüb.

Raman Raghav, Mumbay

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

Raghavın qurbanlarından biri onun öz bacısı olub. O, bacısına təcavüz edərk, öldürüb. 1960-cı illərdə təxminən 40 nəfəri öldürüb. Araşdırmalardan sonra onun psixi vəziyyətinin qeyri-sabit olduğu açıqlanıb. 1995-ci ildə böyrək çatışmazlığından dünyasını dəyişib.

Andras Pandy, Belçika

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

Pandi ilk iki arvadını və dörd uşağını çəkic və silahla öldürüb. Cəsədləri turşu ilə əridib. O, 2002-ci ildə ölüm cəzasına məhkum edilib.

Claudia Mijangos, Meksika

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

1989-cu ildə 3 uşağını bıçaqlayaraq öldürüb. O, şeytanın bədənini ələ keçirdiyini və qətlləri törətdiyi evin lənətləndiyini iddia edib. 30 illik həbs cəzası hələ də davam edir.

Hello Kitty Murder, Hong Kong

Soyuqqanlılıqla törədilmiş qəribə qətl hadisələri

1999-cu ildə gecə klubunda işləyən Fan Man-Ye üç nəfər tərəfindən qaçırılaraq işgəncələrə məruz qalıb. İşgəncələr o ölənə qədər davam edib. Onun ölümünə verilən adın səbəbi isə oğurlanması və ya ona verilən narkotik deyil. Ölümündən sonra başı kəsilib və kəlləsi nəhəng Hello Kitty oyuncağının içərisinə yerləşdirilib.

Xanım

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR