Alimlər Zimbabvedə yeni dinozavr növü AŞKARLADI

Alimlər Zimbabvedə yeni dinozavr növü AŞKARLADI

Cənubi Afrika, Zimbabve, ABŞ və digər ölkələrdən olan beynəlxalq paleontoloqlar qrupu  Zimbabvedə tamamilə yeni bir dinozavr növü aşkar ediblər. 

 

Sfera.az xəbər verir ki, bununla bağlı fosillər Kariba gölünün sahilində tapılıb. Dinozavra "Musankwa sanyatiensis" adı verilib. Tədqiqat  "Acta Palaeontologica Polonica" (APP) elmi jurnalında dərc olunub.

 

Komandanın məlumatına görə, tapılmış dinozavrlar Afrikada təxminən 210 milyon il əvvəl Gec Tris dövründə yaşayıb. Onlar uzun boyunlu, iri, ot yeyən heyvanlar olub və iki ayaq üstə yeriyiblər. Yetkin bir Musankvanın çəkisi 390 kiloqrama çatıb. Təkamül təhlili göstərib ki, bu növlərin Cənubi Afrika və Argentinadan olan nəsillərlə sıx əlaqəsi var.

 

Mütəxəssislər qeyd ediblər ki, "Musankwa sanyatiensis" 50 ildən artıq müddətdə Orta Zambezi hövzəsində aşkar edilmiş ilk dinozavr və ölkənin bütün tarixində kəşf edilən dördüncü qədim kərtənkələdir. Əvvəlki kəşflər 1969, 1972 və 2022-ci illərdə edilib.

 

Alimlər hesab edirlər ki, Zimbabvedə gələcək qazıntılar təxminən 200 milyon il əvvəl Yer kürəsinin biomüxtəlifliyini dramatik şəkildə dəyişdirən, Trias dövründə yox olma -  kataklizm-  hadisəsini daha yaxşı başa düşməyə imkan verəcək.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR