İyunun zəngin bürcləri - Gəlirləri artacaq
Xərçəng, Şir və Əqrəb bürcləri iyunda yüksək qazanc əldə edə bilərlər.
Sfera.az xəbər verir ki, astroloqlar növbəti ayda bu bürclərin karyera və biznes cəhətdən uğurlu olacağını düşünürlər. Onlar maliyyə məsələlərində uğurlu bir zolağa qədəm qoyacaqlar.
Xərçəngləri iş təklifləri gözləyir. Gələn təkliflərə yanaşmaq lazımdır, işin öhdəsindən gəlməyəcəyinizi düşünməyin. Risk etmək, inamlı olmaq zamanıdır. Yaxşı gəlir sayəsində maddi durumunuzu düzəltmək mümkün olacaq.
Şirlər satış və biznesdə uğurlu olacaqlar. Çoxdandır üzərində çalışdığınız layihələr üçün yüksək məbləğli təkliflər ala bilərsiniz. Biznes fəaliyyətində risk etməkdən çəkinməyin.
Əqrəblər də iyun ayının maliyyə cəhətdən uğurlu bürclərindəndir. Əldə edəcəyiniz qazanc sayəsində maddi vəziyyətiniz daha da yaxşılaşacaq. Odur ki, planlı və dəqiq addımlar atmaq lazımdır. (Mətbuat.az)