“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

“Apple” şirkəti ən bahalı telefon modelini təqdim edəcək. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ən bahalı model “iPhone 17” olacaq.


Şirkət artıq “iPhone 17 Pro Max”ın buraxılışını planlaşdırıb. Bildirilib ki, bu modelin qiyməti indiyə qədər buraxılmış bütün modellərdən baha olacaq. Lakin şirkət qiyməti açıqlamayıb. Hazırda “Apple”ın ən bahalı telefonu qiyməti 1200 dollar olan “iPhone 15 Pro Max”dır. Adıçəkilən yeni modelin dəyəri bu qiymətdən yüksək olacaq. O həmçinin brendin ən nazik smartfonu olacaq. 


Xatırladaq ki, bu ilin mayın 7-də şirkət özünün ən nazik məhsulunu - korpus qalınlığı 5,1 millimetr olan “iPad Pro” planşetini təqdim edib. “iPhone 17 Pro Max” da nazik olmaqla bərabər  6,7 düymdən böyük olmayan ekrana sahib olacaq. Bu model 2025-ci ildə təqdim ediləcək. 


“Apple” gələn ilə qədər isə “iPhone”nun 16 və 16 Plus, eləcə də “iPhone” 16 Pro və 16 Pro Maks modellərini satışa buraxacaq.


Vasif


OXŞAR XƏBƏRLƏR

“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılışı oldu -VİDEO

12 ölkədən 100-dək idmançının iştirak etdiyi “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub.   Sfera.az ...

COP29 müddətində SMS icazə olacaq? - RƏSMİ AÇIQLAMA

"COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tət...

Misli Premyer Liqası:"Qarabağ" "Kəpəz"ə qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasında ikinci dövrəyə start veriləcək.   Sfera.az xəbər verir ki, X turun açılış oyununda "Kəpəz" ...

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırıl...

Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ÖTDÜ

Dünya bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib.   Sfera.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası...

"İlham Əliyevin sülh siyasəti hər zaman uğur qazanacaq" - Əli Əhmədov

"İlham Əliyevin müdrik siyasəti nəticəsində qazandığımız qələbə bəzi qüvvələrin Azərbaycanı gözü götürməməsinə səbəb olub".  Sfera.az xəbər ...