Dünyanın ən dərin sualtı çuxuru bu ölkənin sahilindədir - ARAŞDIRMA

Dünyanın ən dərin sualtı çuxuru bu ölkənin sahilindədir - ARAŞDIRMA

Meksika sahillərində olan mavi dəliyin dünyanın ən dərin sualtı çuxuru olduğu müəyyən edilib.

 

Sfera.az xarici mediyaya istinadən xəbər verir ki, ilk dəfə 2021-ci ildə kəşf edilən "Taam Ja" adlandırılan mavi çuxurun əvvəlcə 900 fut (274.32 m)  dərinliyində olduğu düşünülürdü, lakin "Frontiers in Marine Science" jurnalında dərc edilən yeni araşdırmaya görə, o, əslində dəniz səviyyəsindən 1380 fut (420.62 m) aşağıda yerləşir.

 

O, əvvəlki rekord göstəricidə olan mavi dəlikdən 393 fut (119.79 m) daha dərindir. Mavi dəliklər adətən okeanın dayaz sahil sularında tapılan, yeraltı mağara sistemlərinə aparan böyük dəniz çuxurlarıdır və rənginə görə mavi çuxur adlandırılırlar.

 

Onlar qayaların aşınması nəticəsində əmələ gəlir, adətən okean dibinin əhəngdaşı, mərmər və ya gips kimi materialar olan hissəsində olur. 

 

Əzizə 
 


OXŞAR XƏBƏRLƏR