Hitlerin MÜƏMMALI ÖLÜMÜ: Həyat yoldaşı ilə intihar etdi, cəsədinin yandırılmasını istədi - FOTOLAR

Hitlerin MÜƏMMALI ÖLÜMÜ: Həyat yoldaşı ilə intihar etdi, cəsədinin yandırılmasını istədi - FOTOLAR

Müasir dövrdə İkinci Dünya Müharibəsinə əsaslanan bir çox nəzəriyyələr mövcuddur. Bunlardan biri də nasist Almaniyasının lideri Adolf Hitlerin ölümü ilə əlaqəlidir.

 

Sfera.az bildirir ki, Hitler tarixin məhz bu günündə - 30 apreldə dünyasını dəyişib. Bununla bağlı maraqlı iddialar və məlumatları təqdim edirik:

 

Uğursuzluğa düçar olan lider və onun sonu....

 

 

İkinci Dünya Müharibəsinin son dövründə Sovet qoşunları Berlinə girmək üzrə olduğu vaxt Almaniyanın paytaxtında yeraltı sığınacaqda xüsusi hazırlıq işləri görülürdü.

 

22 iyun 1941-ci ildə Almaniyanın Sovet İttifaqına hücum etmək üçün başlatdığı və tarixin ən genişmiqyaslı hərbi əməliyyatı kimi tanınan “Barbarossa əməliyyatı” uğursuzluqla başa çatdı. Qırmızı Ordu əks hücuma keçdi və Sovet sərhədlərini keçərək Almaniyaya doğru irəliləməyə başladı. Təqvim 30 aprel 1945-ci ili göstərdikdə, “Üçüncü İmperiya” arzusunda olan Adolf Hitler məğlubiyyətə əmin olur və həyat yoldaşı Eva Braunla birlikdə həyatına son qoymaq qərarına gəlir. Cütlük otaqlarına qapandıqdan sonra sionid kapsulu ilə həyatlarına son qoyurlar.

 

Daha doğrusu, Eva kalium sionid qəbul edir, Adolf Hitler isə kapsulu dişlədiyi zaman həm də silahı ilə başına atəş açaraq ölümünə "zəmanət" vermək istəyir.

 

 

Bununla belə, onların ölümü ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb.

 

Benito Mussolini Hitlerə “nümunə oldu”....

 

Hitler və Eva Braunun cəsədləri sovet ordusunun əlinə keçməməsi üçün zabitlər tərəfindən bunkerdə yandırılıb.

 

Hitlerin ölümündən iki gün əvvəl Almaniyanın müttəfiqi İtaliyanın lideri Benito Mussolini xalqın gözü qarşısında öldürülüb və cəsədi hamıya nümayiş etdirilib. Oxşar vəziyyətin onun üçün qaçılmaz olduğunu düşünən Hitler sovet ordusunun onun bədənini ələ keçirməsini istəmirdi. Buna görə də Sovet ordusu Berlindəki bunkerə çatanda Hitlerin yanmış cəsədi ilə qarşılaşırlar. Lakin mərhumun həqiqətən Hitler olub-olmadığı təsdiqlənməli idi, buna görə də cəsədin qalıqları Moskvaya aparılır.

 

Araşdırmalara görə, yandırılmış cəsədin həqiqətən də Hitlerə aid olduğu məlum olub. Almaniyanın təslim olması ilə İkinci Dünya Müharibəsinin Avropa cəbhəsində müharibə başa çatdı və bütün gözlər Sakit okean cəbhəsindəki münaqişələrə yönəldi.

 

“Hitler ölkədən qaçaraq üzünü dəyişdi”...

 

Hitlerin bir çox hərbi cinayətkar alman zabitləri kimi gizli şəkildə Argentinaya qaçdığı, üzünü dəyişdiyi və hətta Antarktidadakı gizli nasist bazasında məskunlaşdığı iddia edilsə də, bunlar heç vaxt təsdiqini tapmadı. Onun ölümündən illər sonra bir qrup elm adamı sui-qəsd nəzəriyyələrinə son qoymaq üçün Hitlerə aid olduğu düşünülən cəsədin qalıqlarını tədqiq etdi.

 

 

Fransız alimləri Adolf Hitlerin 1945-ci ildə sianid içdikdən və başına atəş açdıqdan sonra öldüyünü sübut etmək üçün onun bədənindən qalan diş və kəllə parçalarını analiz etdilər.

 

2018-ci ilin may ayında “European Journal of Internal Medicine” jurnalında dərc olunan araşdırmanın nəticələrini açıqlayan araşdırma qrupunun üzvü Filipp Çarlier “Dişlər həqiqidir və Hitlerə aiddir. Bu barədə şübhəyə yer yoxdur. Əvvəllər Adolf Hitlerin Argentinaya sualtı qayıqdan istifadə edərək qaçdığı, onun Antarktidada gizli bazada, hətta Ayın qaranlıq tərəfində qurulmuş nasist bazasında olduğunu iddia edən sui-qəsd nəzəriyyələrinin yalan olduğu sübuta yetirildi” - söylədi.

 

Hitlerin cəsədi burada saxlanılıb...

 

2018-ci ilin aprelində İkinci Dünya Müharibəsi zamanı xidmət etmiş rusiyalı tərcüməçinin xatirələri dərc edildikdən sonra Adolf Hitlerin cəsədinin qalıqları yenidən gündəmə gəlib. Tərcüməçinin xatirələrində 1945-ci ildə Hitlerin cəsədinin qalıqlarının necə tədqiq edildiyi izah edilirdi və bildirilirdi ki, diş qeydləri yoxlanıldıqdan sonra cəsədin Hitlerə aid olduğu müəyyən edilib. Onun cəsədinin əvvəllər sərgilənən hissələrinin hələ də Rusiya arxivlərində olduğu iddia edilib.

 

Hitlerin qalıqlarının Rusiya arxivlərində tapıldığı məlum olduqdan sonra bir qrup alim sözügedən ölkə ilə uzun danışıqlara başlayıb. Görüşlərdən sonra Rusiya kəşfiyyatının razılığı ilə Hitlerin Rusiya arxivlərindəki qalıqlarının araşdırılmasına icazə verilib. Müayinələr zamanı məlum olub ki, Hitlerə aid olduğu sübut edilən dişlərdə ağ diş daşı aşkar edilib və vegetarian olduğu üçün ət liflərindən əsər-əlamət yoxdur.

 

Eyni zamada, hərtərəfli müayinə kəllə sümüyündəki dəliyin güllə nəticəsində yarandığını təsdiqləyib.

 

 

Arxivdəki qalıqların Hitlerin ölümündən əvvəl çəkilmiş rentgenoqrafiya qeydləri ilə müqayisəsi nəticəsində qalıqların Hitlerə aid olduğu təsdiqlənib.

 

Adolf Hitlerin intihar edərkən sianiddən istifadə edib-etmədiyinin tam aydınlaşdırılmadığını bildirən tədqiqatçılar, protezlərdə aşkarlanan mavi ləkələrin sionid istifadəsi və ya yanma zamanı meydana gələn kimyəvi reaksiyalardan qaynaqlanmış ola biləcəyini söyləyirlər.

 

Nəticədə düşünülür ki, Hitler böyük ehtimal, sionid qəbul etdikdən sonra silahla həyatına qon qoyub.

 

Günay


OXŞAR XƏBƏRLƏR